Günəşə, ulduzlara sorub səni axtarıram…

Günəşə, ulduzlara sorub səni axtarıram…
Hər səhər Günəşin doğuşunda bir ümid axtarıram,
Könlümdəki susqunluğu, səssizliyi aydınlatacaq bir nəfəs gözləyirəm.
Gözlərimi göyə dikib, ulduzlardan xəbər alıram…
Sənin adını soruşuram, varlığını axtarıram.
Bəzən bir külək səsində eşidirəm sanki səsini…
Bir damla yağışda hiss edirəm izini…
Dünya böyük görünür, amma yoxluğunla daralır,
Sənin olmadığın hər an, vaxt öz mənasını itirir.
Gecələr Ayın nuruna sığınıram,
Sükutla səni səsləyirəm,
Nə səsin gəlir, nə kölgən…
Amma mən yenə də, inadla, ümidlə səni axtarıram.
Günəşin hər şəfəqində,
Ulduzların hər titrəyişində,
Sənin varlığını hiss etmək istəyirəm.
Çünki sən mənim ruhumun cavabsız sualısan…
—
İmza: Pərvanə Salmanqızı


