“Həyata içindəki uşağın gözüylə bax…”

“Həyata içindəki uşağın gözüylə bax…”
Həyat…
Əslində o qədər də çətin deyil…
Sadəcə biz böyüdükcə, saf baxışlarımızı itirdik.
Unutduq…
Bir vaxtlar bir çiçəyi görəndə sevinən gözlərimiz vardı,
Yıxılanda yenidən qalxmaq üçün ağlaya-ağlaya güc toplayan qəlbimiz vardı.
İndi isə hər şeyə şübhə ilə baxırıq,
İnsanlara yox, ehtimallara inanırıq…
Halbuki həyatın sirri çox sadədir:
İçindəki uşaqla dost qalmaq…
O uşaq var ki, hələ də sənin içindədir…
Səninlə danışmaq istəyir, səni güldürmək, səni qorumaq,
Dünyanı masum, mərhəmətli, sevgi dolu baxışlarla seyr etmək istəyir.
Sən isə o səsi boğursan – “Böyümüşəm artıq” deyə…
Amma unutmusan: İnsan yalnız uşaq qaldıqca böyüyür!
Həyata içindəki uşağın gözüylə bax…
Bir damla yağışa sevin, bir yarpağın rəqsinə heyran qal,
Bir insanın gözündəki kədəri gör və əlindən tut…
Yəni… hiss et, bağlan, sevgini xırda şeylərlə bölüş…
Çünki bir uşaq bilmir yalan nədir…
Bir uşaq kin saxlamaz, tez unudar…
O yalnız ürəklə danışar – maskasız, hesab yapmadan…
Və Allah da ən çox uşaq qəlbli olanlara yaxın olar…
Bax bu səbəbdən deyirəm:
Həyata içindəki uşağın gözüylə bax…
Masum, mərhəmətli, sevgi dolu, sevinc dolu baxışlarla…
Çünki dünya bu baxışla gözəlləşəcək…
İmza:Pərvanə Salmanqızı


