Weather Data Source: havadurumuuzun.com

Şəhidlik Zirvəsinə Ucalan Qəhrəman – Allahverdiyev Allahverdi

Şəhidlik Zirvəsinə Ucalan Qəhrəman – Allahverdiyev Allahverdi

Torpaq uğrunda can verənlər, artıq torpaq deyil – Vətən olur.
Bu Vətən, azadlığına, müstəqilliyinə, bütövlüyünə canı bahasına sahib çıxan oğulların adı ilə yaşayır. O igidlər ki, ömürlərini millətə, talelərini dövlətə, ruhlarını isə azadlığa bağışladılar. Onlardan biri də, şəhidlik məqamının uca əmanəti – Allahverdiyev Allahverdi idi.

Allahverdi bir ömürlük deyil, bir dəliqanlılıq qədər vətənə könül verənlərdən idi. O, bu torpağa sevdalı, bu millətə bağlı, haqqın yanında, yalanın qarşısında duran igid idi. Çünki Allahverdi vətən deyəndə susmurdu – döyüşürdü. Millət deyəndə geri çəkilmirdi – irəli gedirdi.

Onun şəhidliyi bir itkidir, bəli… Amma bu itki bizim üçün başımızın tacı, tariximizin qürur səhifəsi, gələcəyimizin nur yoludur. O, öz adı ilə yaşadı, şəhidliyi ilə əbədiyyətə yazıldı. Çünki Allahverdi bu torpağın səsi, bu xalqın nəfəsi idi.

O gün qəlbimiz parçalandı, lakin eyni anda qürurla döyündü: çünki bilirdik, bir Allahverdi yıxıldısa, minlərlə Allahverdi bu millətin bağrında böyüyür. Çünki şəhidlər ölmür, qəlblərdə doğulur, hər gün adları ilə yaşar, hər sabah dua kimi səslənərlər…

Ey şəhid, sən bu millətin alnındakı işıq, göylərə yazılmış dua, əbədiyyətin simvolusan! Ruhun qarşısında baş əyirik, adını qürurla yaşadırıq. Bizə Vətənin necə seviləcəyini, millətin necə müdafiə olunacağını sən öyrətdin – canınla, qanınla, şəhidliyə boylanaraq!

Səni unutmadıq, unutmayacağıq – çünki sən bu torpağın özüsən, sən Azərbaycanın qürurusan!

Nur içində yat, Şəhidimiz Allahverdi Allahverdiyev!
Ruhun şad, məkanın cənnət olsun!

İmza:Pərvanə Salmanqızı

Top