Aşura Gününə Dair Dərin Məna Dolu Xatırlatma

Aşura Gününə Dair Dərin Məna Dolu Xatırlatma
Bu gün Aşura günüdür…
Bu gün Kərbala səhrasında haqqla batilin üz-üzə gəldiyi, ədalətin zülmə qarşı ayağa qalxdığı gündür…
Bu gün İmam Hüseyn ağamızın, Peyğəmbər nəvəsinin susuz halda şəhadətə ucaldığı, insanlığın ən ağır sınaq verdiyi günlərdən biridir.
İmam Hüseyn (ə) Kərbalada yalnız canını deyil, haqqı yaşatmaq üçün qürurunu, ailəsini, əzizlərini qurban verdi. O, zamanın Yezidinə “La” deyərək, hər bir zamanın zalımına qarşı bir məktub yazdı – qanla yazılmış haqq məktubu…
Bu gün bir daha dua edək:
“Kərbala şəhidi İmam Hüseyn ağamız olmaqla, bütün şəhidlərimizi nura qərq eləsin Uca Allah… Onların ucalığı, fədakarlığı və haqq yolunda canlarından keçmələri hər birimizin ruhuna işıq, yoluna nur olsun…”
İmam Hüseyn deyirdi:
“Əgər din, mənim ölümümlə ayaqda qalacaqsa, ey qılınclar, gəlin məni doğrayın!”
Aşura yalnız bir tarix deyil — bu gün bir dərsdir…
Zülmə qarşı sükut etməmək dərsi…
Ədalət, şərafət və mərdlik yolunda dönməz olmaq dərsi…
Unutmayaq:
Kərbala təkcə keçmişdə deyil – Kərbala bu gündə var, bu ruhda var…
Dərin Etiramla, Pərvanə Salmanqızı


