Weather Data Source: havadurumuuzun.com

Səmimi bir dost, dua qədər qiymətlidir…

Səmimi bir dost, dua qədər qiymətlidir…

Dostluq – zamanın və həyatın ən gözəl hədiyyəsidir. Amma hər kəs dost adlana bilməz. Hər kəs qəlbə toxuna bilməz. Elə insanlar var ki, onlar sənə nə pul, nə mal, nə də mövqe verər, amma bir gülüşləri ilə içini isidər, bir kəlmələri ilə ruhunu sağaldar…

Səmimi bir dost, dua qədər qiymətlidir. Çünki dua necə ki səssizcə səmanı titrədər, səmimi dost da səssizcə qəlbini oxşayar. Dua Allahla ünsiyyət, dost isə bəndə ilə mərhəmət körpüsüdür. Hər ikisi səni düşdüyün yerdən qaldırar, yorğun ruhuna ümid verər.

Səmimi dost – nə etdiyini gözünə soxmayan, nə keçmişi üzünə vurmayan, səni sən olduğun üçün sevəndir.
Səmimi dost – səssiz ağladığını hiss edən, gülümsədiyində arxasındakı acını duyan insandır.
Səmimi dost – ən dar gündə bir “mən burdayam” deməklə bütün dünyanı sənə verən insandır.

Günümüzdə belə dostlar azalsa da, itmir… Bəzən bir söz, bir baxış, bir mesajla belə ruhuna işıq salan dostlar var. Onlar həyatın sükutunda dua kimi gizlənir, lazım olanda səni xatırladarlar: “Sən tək deyilsən!”

Unutma əziz dostum:
Əsl dost – Allaha edilən dua kimi qəlbdə yer alar, dildə zikr olar, həyatda iz salar.

Dostuna sahib çıx, çünki qəlbdə yer alan bir dost, minlərlə boş sözə dəyər.

Sevgiylə, işıqla, qürurla…
Pərvanə Salmanqızı 

Top