Weather Data Source: havadurumuuzun.com

ŞƏHİD VƏ QAZİ XANIMLARINA PSİXOLOJİ DISTƏK

ŞƏHİD VƏ QAZİ XANIMLARINA PSİXOLOJİ DISTƏK

 

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə, müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Mərd oğullarımız zəfər tariximizi öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Onların qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq.

 

 

 

   Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi (MMC) 2020-ci ildən fəaliyyət göstərir. Mərkəzin rəhbəri ailə,uşaq psixoloqu,təlimçi Vüsalə Əmiraslanova, İcracı direktor Fəridə Əliyevadır.

     Mərkəzin xətti ilə Təhsillə bağlı problemlər, Peşə planlaması , Konfranslar, Dəyirmi masalar, Forum və Təlimlərin təşkilini həyarta keçirir. Sağlamlığı məhdud olan , Autizim sindromu uşaqların peablitasiyası iılə məşğul olunur. Mərkəzdə tələbə, müəllim, işçi heyətləri ilə yanaşı, müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə daim yüksək həssaslıqla yanaşılır ,şəhid ailələrinin, Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin sağlıqlarına qovuşması, qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi ,onlara psixoloji dəstək göstərilməsi həyata kecrilir.

     Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi dövlət qeydiyyatından keçmişdir!Çəkilən zəhmət öz bəhrəsini vermişdir. İnsan üçün ən xoş,yadda qalan çəkilən zəhmətinin layiqincə dəyərləndirilməsidir.

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsinin icrasını davam etdirir.

2025-ci il iyunun 12-də layihə çərçivəsində şəhid və qazi xanımlarının iştirakı ilə “Stresin idarə edilməsi” mövzusunda psixoloji maarifləndirmə və dəstək təlimi keçirilmişdir.

    Tədbirin açılışında  İctimai Birliyin sədri Vüsalə Əmiraslanova cıxışında qeyd etdi ki, layihənin əsas məqsədinin şəhid və qazi ailələrinin psixoloji rifahının gücləndirilməsi, emosional yüklənmələrin azaldılması və onların cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaqdır.

   Təqdimatda Milli Məclisin deputatı Ceyhun Məmmədov və əməkdar müəllim Zülfiyyə Vəliyeva da iştirak edərək, bu həssas kateqoriyadan olan ailələrin ehtiyaclarına diqqət çəkib, layihənin sosial əhəmiyyətini vurğuladılar. Şəhid anaları Mətanət xanım Nəcəfova, Leyla xanım Əhmədova,Mehriban xanım Şəhid və qazilər göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.

 Təlim psixoloq və təlimçi Fəridə Əliyeva tərəfindən  interaktiv şəkildə təşkil olunub, stresin yaranma səbəbləri, onun psixoloji və fiziki təsirləri, stresslə mübarizə yolları və emosional dayanıqlığın artırılması mövzusunda geniş müzakirələr aparılmışdır .Təlimdə 50-yə yaxın şəhid və qazi xanımı, o cümlədən şəhid anaları iştirak ediblər. İştirakçılara psixoloji dəstək metodları ilə bağlı praktiki məlumatlar təqdim olunub, suallar cavablandırılıb. Layihə çərçivəsində növbəti mərhələlərdə də psixoloji dəstək və maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

  Xalqımızin  xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq  şəhid ailələrinə, hərbi əməliyyat iştirakçılarına  xüsusi həssaslıqla yanaşmaq hər bir vətəndaşlıq borcudur.Uğurlarınız davamlı olsun.

 

                     Zülfiyyə Vəliyeva

                   Respublikanın Əməkdar Müəllimi

                 “Unutmayaq-Tanıyaq və Tanıdaq”

                    Layihəsinin rəhbəri

Top