Allahverən Pərvizoğlu Milli Mətbuat Günündə Fəxri Diplomla təltif olunub

Allahverən Pərvizoğlu Milli Mətbuat Günündə Fəxri Diplomla təltif olunub
LƏNKƏRAN – İctimai fəal, III dəfə Respublika Mahnı Müsabiqəsinin laureatı, gənc xanəndə Allahverən Pərvizoğlu Milli Mətbuat Günü münasibətilə təltif edilib.

Allahverən Pərvizoğlu “Milli Mətbuat Gününün Lənkəranda təşkilində fəal iştirakına görə” Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski tərəfindən Fəxri Diplomla təltif olunub.
Təltif Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş “Azərbaycan Mətbuatının Şanlı Yolu” adlı tədbirdə təqdim edilib. Fəxri Diplom Allahverən Pərvizoğluna Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran bölgəsi üzrə sədri, yazıçı-dramaturq Şəfahət Həsənov tərəfindən təqdim olunub.
Təltifdən sonra çıxış edən Allahverən Pərvizoğlu fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Jurnalistlər Birliyinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və bu etimada layiq görülməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Allahverən Pərvizoğlu ictimai fəaliyyəti, mədəni-kütləvi tədbirlərdə fəal iştirakı və milli-mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işlərlə tanınır.


