Weather Data Source: havadurumuuzun.com

50 illik ömrün şərəfli yoluna ehtiram…

50 illik ömrün şərəfli yoluna ehtiram…

İnsan ömrü yaşanılan illərlə deyil, qoyduğu izlərlə, qazandığı hörmətlə, insanlara bəxş etdiyi dəyərlərlə ölçülür. Elə insanlar var ki, ömürlərini cəmiyyətə, gənclərə və sağlam gələcəyin qurulmasına həsr edərək adlarını insanların qəlbində əbədi yaşadırlar. Belə dəyərli insanlardan biri də Arpaçay İdman Birliyinin İdarə Heyətinin üzvü, hörmətli Samir Alıyevdir.

Bu əlamətdar 50 illik yubiley münasibətilə Samir müəllimi ən səmimi duyğularla təbrik edir, ömür kitabının bu müdriklik çağını böyük ehtiramla qarşılayırıq.

Samir müəllim uzun illərdir idmanın inkişafına, sağlam həyat tərzinin təbliğinə, gənc nəslin vətənpərvər, iradəli və sağlam ruhda yetişməsinə dəyərli töhfələr vermiş nüfuzlu idman xadimlərindəndir. Onun fədakar fəaliyyəti, yüksək təşkilatçılığı, insanpərvərliyi və xeyirxahlığı həm idman cameəsində, həm də onu tanıyan hər kəs arasında böyük hörmət qazandırmışdır.

Əsl rəhbər yalnız idarə edən deyil, insanlara yol göstərən, onlara güvən verən, uğurlarına sevinən və çətin anlarında dayaq olan şəxsdir. Samir müəllim də məhz belə şəxsiyyətlərdəndir. Onun əməyi, zəhməti və xidmətləri gələcək nəsillər üçün gözəl örnəkdir.

Əziz Samir müəllim!

50 yaş həyatın kamillik zirvələrindən biridir. Arzu edirik ki, bu zirvədən baxdığınız ömür yolunuz daim uğurlar, sağlamlıq, sevinc və yeni nailiyyətlərlə davam etsin. Qoy ailənizin sevgisi, dostlarınızın ehtiramı və yetişdirdiyiniz gənclərin uğurları Sizə hər zaman qürur və xoşbəxtlik bəxş etsin.

Sizə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə səadəti, sonsuz enerji, yeni layihələrdə böyük uğurlar və bütün arzularınızın gerçəkləşməsini diləyirik.

50 illik şərəfli yubileyiniz mübarək

Qoy ömür yolunuz daim sağlamlıq, xoşbəxtlik, hörmət və qələbələrlə işıqlansın, həyatınızın hər yeni günü Sizə sevinc, fərəh və yeni nailiyyətlər bəxş etsin.
“Arpaçay İdman Birliyinin İdarə Heyəti”

Müəllif:
Pərvanə Salmanqızı
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi.Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü.

Top