Weather Data Source: havadurumuuzun.com

Etibar Həsənzadənin ” Zəfərlərə doğru” kitabı

Etibar Həsənzadənin ” Zəfərlərə doğru” kitabı

Salam.Bu gün Sizə yazıçı Etibar Həsənzadənin ” Zəfərlərə doğru” kitabı haqqında danışmaq istəyirəm.
Bu əsər xalqımızın mübariz ruhunu, vətən sevgisini və qələbəyə gedən çətin yolu əks etdirən dəyərli kitablardan biridir. Kitabda Azərbaycan tarixində mühüm yer tutan hadisələr, insanların fədakarlığı və torpağa bağlılığı ön plana çəkilir.
” Zəfərlərə doğru” adı özü də böyük məna daşıyır. Zəfər yalnız qələbə deyil, həm də birlik, inam, səbir və əzmlə əldə olunan bir nəticədir .
Müəllif əsərində oxucunu Vətənə sevgi, milli dəyərlərə hörmət və gələcəyə inam hissləri ilə tanış edir. Bu kitab bizə göstərir ki, xalqın gücü onun birliyindədir. Vətən uğrunda mübarizə aparan insanların qəhrəmanlığı, onların göstərdiyi fədakarlıq hər zaman yaddaşlarda qalır.
Mən düşünürəm ki, “Zəfərlərə doğru ” kitabı gənclər üçün də əhəmiyyətlidir, çünki onlarda vətənpərvərlik hissini gücləndirir və tariximizi daha yaxşı anlamağa kömək edir.
Hörmətli Etibar Həsənzadə!
Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə göstərdiyiniz diqqət və dəyərli kitab hədiyyə etdiyiniz üçün Sizə öz təşəkkürümüzü bildiririk.” Zəfərlərə doğru” kitabı oxucularımız üçün maraqlı və faydalı bir əsərdir.
Sizin bu addımınız kitabxanamızın zənginləşməsinə, oxucularımızın yeni əsərlərlə tanış olmasına böyük töhfə verir. Kitaba və ədəbiyyata verdiyiniz dəyərə görə minnətdarıq.
Sizə yaradıcılığınızda uğurlar, yeni – yeni əsərlər və böyük nailiyyətlər arzulayırıq.

Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Alidə Mustafayeva

Top