Weather Data Source: havadurumuuzun.com

Kütlə Psixologiyası:

Kütlə Psixologiyası:

Kütlə psixologiyası nədir? – bu sualın düzgün cavabı bəlkədə insanlıq üçün qurtuluş bileti olacaqdır. Bizlər özümüzü fərd sanırıq, sanırıq ki, qərarlarımız özümüzə xasdır, amma ən böyük yanılqımız da burada başlayır.

Heç kəs qəbul etməsə belə, insanların düşüncə və seçimləri sırf özlərinə xas deyil. Kütləyə uyğunlaşmaq üçün hər kəs öz seçimlərində kütlə psixologiyasından müəyyən faiz götürür. Hər kəsin qərar və seçimlərində kütlənin təsiri mütləq olmalıdır.

Kütlə psixologiyası birbaşa eqonun özünü yansıtma özəlliyidir. Başqaları (kütlədə olanlar) mənim bu seçimimə görə mənimlə davranışları və münasibətləri necə olacaq? Öz mövqeyimi itirəcəmmi? Gücün və titulum azalacaqmı? – bu sualların hər biri eqodan qaynaqlanan suallardır və bizi kütlə psixologiyasına məruz edir.

Eqo deyir: Mən kütlə var deyə varam, kütlə olmazsa, məndə olmaram, seçimlərində kütləni nəzərə al, mınə zərbə vurma.

Hər bir insan az və ya çox kütlə psixologiyası təsiri altındadır. Ancaq kütlə psixologiyasının təsiri azaldıqca gerçək şüur səviyyəsinə qalxar insan…

 

Müəllif: yazıçı və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov

Top