Weather Data Source: havadurumuuzun.com

Həqiqətin Nisbi Üzü

Həqiqətin Nisbi Üzü

İnsanlıq… : Özümüzü nə dərəcə tanıyırıq? Dünyaya gəlirik, yaşayırıq; yaşayışımız dönəmində xarakterimiz formalaşır, amma xarakterimiz hansı amillər əsasında formalaşır?

Müəyyən dinə sahib oluruq, qəbul etdiyimiz dini inancı doğru qəbul edirik, həm də ən doğru din olaraq öz dinimizi hesab edirik. Dünyada olan hər insan öz dinini düzgün, yanlışsız və ideal hesab edir. Ateistlik var, amma ateistlik də öz-özlüyündə dini baxış tərzidir. Dinləri və Tanrını qəbul etmir, ancaq özlüyündə yenə dini görüşdür.

Sahib olduğumuz doğru və yanlış anlayışlara sahib oluruq, amma bu da nisbi olur. Hər kəsin doğru və yanlış anlayışı fərqli və şəxsinə görə ideal tərzdədir. Günahkar birini dindirirsən, “filan şeyi niyə etdin?” deyə sual edirsən, həmin şəxs cəmiyyəti müəyyən mənada pisləyərək özünü haqlı vəziyyətə, etdiklərini doğru qələmə verməyə can atır. Və bunu düzgün psixologiya dırnağı altında edir.

Yanlışları edən, günahları edən şəxsləri mühakimə edəcəyik, yoxsa yanlış və günah sözlərini təhlil edəcəyik? Albert E. zamana nisbidir dedi, amma yanlışı vardı. Çünki bu həyatda hər şey nisbidir axı… Bəlkə ümumi həyatın özüdür nisbi olan?… Bu hissədə fəlsəfi deyil, elmi düşünəcəyəm və bütün kainatı var edən maddənin təməli, qatı gördüyümüz maddələrin, cisimlərin gerçəkdə təməldə boşluqlar aləmindən ibarətdir. Maddi dünya saniyənin trilyonda bir hissəsi qədər çox mikro bir zaman çərçivəsində yox olan və yenidən var olan dalğalardan ibarətdir. Boşluqlar dünyasında yaşayırıq, bu hər şeyin nisbi olması anlamını verir.

Bizlər nisbi olan həyatımızda özümüzü qəti, mükəmməl hesab edirik. Doğru və qəti sandığımız dinimiz, ümumi qəbul etdiyimiz doğru və yanlış anlayışları tam gerçəkdə bizim var olduğumuz dünya ünvanına görə formalaşan nisbi qavramlardır. Dinimizi və xarakterimizi ünvanımız, doğulduğumuz ailəmiz tərəfindən təyin edilir.

Müəllif: yazıçı və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov

Top