Weather Data Source: havadurumuuzun.com

Hüseynova Arifə müəllimənin 70 illik yubileyinə həsr olunur

Hüseynova Arifə müəllimənin 70 illik yubileyinə həsr olunur

Zamanın sınaqlarından alnıaçıq, üzüağ çıxan, ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edərək neçə-neçə nəslin yetişməsində misilsiz rol oynayan dəyərli ziyalımız, 220 nömrəli məktəbin fəxri müəllimi Hüseynova Arifə müəllimənin 70 illik yubileyi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
Arifə müəllimə sadəcə bir ibtidai sinif müəllimi deyil, o, minlərlə şagirdin həyatına nur bəxş edən bir işıq mənbəyi, onların ilk addımlarında yol göstərən mənəvi rəhbər olmuşdur. Onun sinfindən keçən hər bir şagird yalnız oxumağı və yazmağı deyil, eyni zamanda insan olmağı, vətənə, xalqa, ailəyə sevgi ilə yanaşmağı öyrənmişdir.
İllərin sınağından keçmiş zəngin pedaqoji fəaliyyəti ilə Arifə müəllimə əsl müəllim adını şərəflə daşıyaraq cəmiyyətə savadlı, vətənpərvər və yüksək əxlaqi dəyərlərə sahib vətəndaşlar bəxş etmişdir. Onun xeyirxahlığı, mehribanlığı, humanistliyi və sonsuz sevgisi onu yalnız şagirdlərin deyil, bütövlükdə el-obanın sevimlisinə çevirmişdir. Bu səbəbdəndir ki, o, haqlı olaraq “şagirdlərin mənəvi anası”, “el anası” kimi böyük hörmət və ehtiram qazanmışdır.
Müəllimlik bir peşə deyil, bir ömür yoludur. Arifə müəllimə bu yolu ləyaqətlə, sədaqətlə və böyük məhəbbətlə keçərək, öz adını yaddaşlara qızıl hərflərlə həkk etmişdir. Onun ömrü bir məktəb, fəaliyyəti bir örnək, şəxsiyyəti isə gələcək nəsillər üçün əbədi bir dəyərdir.
70 illik yubileyiniz münasibətilə Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yetişdirdiyiniz şagirdlərin uğurları ilə daim qürur duymağı arzulayırıq. Sizin kimi müəllimlər cəmiyyətimizin ən böyük sərvəti, gələcəyimizin etibarlı təminatıdır.

 

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top