Beynəlxalq təcrübənin Şəki modeli: Peşəkar inkişafın yeni üfüqləri..

Beynəlxalq təcrübənin Şəki modeli: Peşəkar inkişafın yeni üfüqləri..
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant müsabiqəsinin qaliblərindən olan “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəsini çox aktual və səmərəlilik əmsalı çox yüksək olan bir layihə kimi dəyərləndirir, bu münasibətlə ilk növbədə layihə rəhbəri, Şəki şəhər 14 saylı tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Süleymanova Ümmü İsmayıl qızını, həmçinin layihə iştirakçılarını, belə bir möhtəşəm təhsil tədbirində bacarıqlı təhsil idarəediciləri olaraq, etimad göstərilərək seçilmələri münasibəti ilə təbrik edir, hər birinizə məsuliyyətli və məsuliyyətli olduğu qədər də şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Zamanın sınağından keçmiş bir həqiqət var: Hər bir ölkənin, hər bir dövlətin təhsil sisteminin inkişafı və nəticəliliyi müəllimin, təhsil verənin təcrübəsi, pedaqoji bacarıqları, mənəvi keyfiyyətləri, insani və digər peşəkarlıq xüsusiyyətləri ilə düz mütənasibdir. Bu keyfiyyətlər gələcək müsbət nəticələri şərtləndirir. Bu baxımdan ölkəmizdə təhsilverənlər üçün davamlı olaraq peşəkar inkişaf proqramları həyata keçirilir. Dünya təhsil sistemində baş verən müasir tendensiyalara uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması və təhsilalanların bacarıqlarının inkişaf etdirilməsi ən vacib prioritet olaraq daim diqqət mərkəzində saxlanılır. Bu məqsədilə bir sıra proqramlar həyata keçirilir. Hesab edirəm ki, IX Qrant müsabiqəsində qalıb olan “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəsi də Elm və Təhsil Nazirliyi tərəfindən məhz bu istiqamətdə aparılan vacib təhsil fəaliyyəti kimi dəyərləndirilərək qalib layihələrdən biri olmuşdur. Yeri gəlmişkən qeyd edim ki, Ümmü VI,VII qrant müsabiqələrin qalibidir.
Ümmü müəllimənin bütün layihələrinin icrasını yaxından izləmişəm. Bütün layihələri yüksək keyfiyyətli və müsbət fkir yaradan nəticə ilə bitib. Sonuncu layihəsini də diqətlə izləyən təhsil işçisi kimi layihənin Türkiyədə müxtəlif təhsil müəssisələrində keçirilən təcrübə toplamaq mərhələsinin kifayət qədər zəngin olduğunu diqqətinizə çatdırıram. Qısa müddət ərzində beş təhsil müəssəsində olmaq, kollektivlə görüşlər keçirmək, dərslərdə iştirak etmək, qardaş ölkədəki həmkarlarımızla fikir mübadiləsi aparmaq, onların iş təcrübələri və təlim texnologiyaları ilə tanış olmaq, ümumiləşdirmələr aparıb, sosial şəbəkələrdə cəld təhsil paylaşımları edərək daha çox kütləni məlumatlandırmaq təkcə fiziki zaman və güc yetkisi ilə deyil, işə qəlbən, ürəklə girişmək, sonsuz öyrənmək və öyrətmək istəyi ilə şərtlənir. Mən, layihə rəhbəri Ümmü müəllimlə bir neçə beynəlxalq layihə və konfranslarda iştirak etmişəm. Türkiyə universitetləri və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığının ortaq bağları” beynəlxalq konqresində, EYUDER-in XII, XIII, XIV beynəlxalq konfranslarında, eTwinnig layihələrində və digər beynəlxalq tədbirlərdə orjinal mövzularla birgə iştirakımızı, bir çox hallarda isə ortaq mövzularda birgə uğurlu fəaliyyətimiz olmuş, təqdimat və çıxışlarımız sertifikatlara, eTwinnig layihələrində şagirdlərimizlə birgə fəaliyyətimiz isə dəfələrlə Milli və Avropa keyfiyyət etiketinə layiq görülmüşdür. Ümmü müəllimin beynəlxalq təhsil təcrübəsi haqqında dəyərli həmkarlarımızda təsəvvür yaratmaq üçün, onun və bu sətirlərin müəllifinin Ankarada nəşr olunmuş “Harmanlanmış liderlik və harmanlanmış oyrənmə” uyğulama kitabı kimi pedaqoji nəşrinin həmmüəllifləri olmalarını diqqətinizə çatdırıram. İnanıram ki, təhsil sahəsində geniş və hərtərəfli bilik və bacarıqları olan Ümmü müəllimin rəhbərliyi ilə layihə komandası səmərəli və koordinasiyalı fəaliyyətləri ilə layihəni uğurla yerinə yetirəcəklər.
Sevindirici haldır ki, layihəyə sonradan qoşulmuş təcrübəli pedaqoqlarımızdan olan Səadət Məhərrəmova və Mehriban Mustafayeva kimi bacarıqlı təhsil fədailərimizin layihə çərçivəsində ödənişsiz təlim vebinarları onlarla müəllimlərimizə
müxtəlif rəqəmsal alətlərlə təqdimatların hazırlanması, xüsusilə süni intellekt əsaslı imkanlar vasitəsilə tədris prosesinin planlaşdırılması, məzmunun hazırlanması və öyrənmə prosesinin daha səmərəli təşkili üçün imkanlar yaratmışdır. Bacarıqlı təlimçilərin təlimləri prosesində təqdim olunan proqramlarla ilk dəfə tanış olan müəllimlərimiz ilk yaradıcı fəaliyyətlərini böyük həvəs və uğurla yerinə yetirir və bu öyrənməni daha da təkmilləşdirməyə səy edirlər.
Əziz həmkarlar, Sizə bu maraqlı və müasir tədris üçün çox əhəmiyyətli layihəni uğurla həyata keçirməkdə böyük uğurlar arzulayıram. İnanıram ki, bu layihə təhsilimizin inkişafına əhəmiyyətli tövhə verəcəkdir.
Hər birinizə möhkəm can sağlığı, yaradıcılıq şövqi ilə çalışmaq, böyük uğurlar arzulayıram!
P.S. Bu layihə sadəcə təcrübə mübadiləsi deyil, həm də müasir təhsil texnologiyalarının və innovativ yanaşmaların milli zəminə uyğunlaşdırılması istiqamətində atılan strateji bir addımdır. İnanıram ki, əldə olunan nəticələr bölgə müəllimlərinin rəqəmsal səriştələrini artırmaqla yanaşı, tədrisin keyfiyyətində köklü və müsbət dəyişikliklərə yol açacaqdır.

İmza : İmişli rayonu Xoşçobanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi Şirəliyev Cəbrayıl Əvəz oğlu.


