Mustafa Çiftçi Azərbaycanda rəsmi səfərdədir

Mustafa Çiftçi Azərbaycanda rəsmi səfərdədir
“Bu gün biz qardaş və bacılarımızla birliyimizi və həmrəyliyimizi daha da gücləndirmək və möhkəmləndirmək üçün Azərbaycandayıq”.
Daxili işlər naziri Mustafa Çiftçi rəsmi səfərdə olduğu Azərbaycanda şəhid məzarlıqlarını ziyarət edib. Nazir Çiftçi əvvəlcə mərhum prezident Heydər Əliyevin məzarının yerləşdiyi Fəxri xiyabana gələrək abidə önünə əklil qoyub.
Çiftçi daha sonra 20 Yanvar şəhidlərinin məzarlarının yerləşdiyi Bakı Şəhidlər Xiyabanında yerləşən “Əbədi məşəl” abidəsini və Bakı Türk Şəhidlik məzarlığını ziyarət edərək, burada da abidə önünə əklil qoyub. Səfərdən sonra mətbuata açıqlama verən Çiftçi bu vəzifəyə gəldikdən sonra Azərbaycana ilk rəsmi səfəri olduğunu bildirib.
Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladan Çiftçi bu sözlərin Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri gözəl şəkildə ümumiləşdirdiyini bildirib.
Çiftçi, “Bu gün qardaş və bacılarımızla birliyimizi və həmrəyliyimizi daha da gücləndirmək və möhkəmləndirmək üçün Azərbaycandayıq. Azərbaycanda olmaqdan son dərəcə xoşbəxtəm. İnşallah Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daha da dərinləşəcək və inkişaf edəcək. Birliyimiz, həmrəyliyimiz, qardaşlığımız daha da möhkəmlənəcək” dedi.



Məlumatı hazırladı: Tahirə NUR
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


