SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ
20 fevral 2026-cı il tarixində axşam saat 19:30-dan 22:30-a qədər təxminən 3 saata yaxın vaxt ərzində “LiteRA” kitab evində şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri olan Səlim Babullaoğlu ilə möhtəşəm şeir gecəsi baş tutub. Heç bir xüsusi dəvətnamə olmadan yalnız və yalnız ədəbiyyat saytlarında və sosial şəbəkələrdə yayımlanmış “şeir gecəsi” barədə məlumat əsasında toplanmış gecənin qonaqları təxminən 3 saata yaxın bir vaxt ərzində özünəməxsus üslubu və ifa tərzi ilə seçilən tanınmış şair Səlim Babullaoğlunun ifasında həm müəllif, həm dünya şairlərindən seçmə tərcümələrlə tanış olublar. Gecənin gedişində Səlim Babullaoğlu həmçinin qonaqları maraqlandıran sualları cavablandırıb. Sonda kitablar imzalanıb, xatirə şəkilləri çəkdirilib. Möhtəşəm gecədən fotolar:











Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


