Weather Data Source: havadurumuuzun.com

Azərbaycan Yazıçılar Birliyinin rəsmi bəyanatı

Azərbaycan Yazıçılar Birliyinin rəsmi bəyanatı

Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin üzvlük haqqı — illik 15 manat məbləğində ödəniş — ilə bağlı narazı fikirlərin səsləndirildiyi müşahidə olunur. Birliyin guya bu ödənişi “tələb etməsi” barədə iddialar irəli sürülür. Bu məsələ ilə bağlı rəsmi mövqeyimizi bildirməyi zəruri hesab edirik.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri dövlət və ictimai dəstək mexanizmlərindən mütəmadi şəkildə faydalanırlar. Hazırda 70 nəfər yazıçı Prezident təqaüdü ilə təmin olunur (illik 3600 manat), gənc nəsil nümayəndələri üçün isə illik 2400 manat məbləğində Prezident təqaüdləri nəzərdə tutulub. Birlik tərəfindən müntəzəm olaraq ədəbi müsabiqələr keçirilir, mükafatlar, qrantlar və əlavə təşviq mexanizmləri təsis olunur. Bir çox üzvlərimiz fəxri adlara layiq görülmüşdür və bu adlara görə dövlət tərəfindən ömürlük maddi təminat müəyyən edilib.
Yazıçıların əsərləri və məqalələri Birliyin nəşrlərində dərc olunur və qonorar əsasında ödənilir. İmkan daxilində sosial dəstək göstərilir — müalicə, dərman təminatı, tibbi müəssisələrə müraciətlərdə köməklik, eləcə də ayrı-ayrı hallarda mənzil məsələlərinin həllinə yardım edilir. Birliyin üzvləri Şabran və Şüvəlan yaradıcılıq evlərində ödənişsiz istirahət etmək hüququna malikdirlər.
Xüsusi olaraq vurğulayırıq ki, illik 15 manat məbləğində üzvlük haqqı Birliyin nəşr etdiyi jurnallardan birinin belə xərclərini qarşılamaq imkanına malik deyil.
Məsələ sadə və açıqdır: üzvlük haqqını ödəməyən şəxs Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edə bilər.

Официальное заявление Союза писателей Азербайджана

В последнее время в ряде СМИ и журналистских кругов недовольно высказываются заявления о том, что Союз писателей якобы «требует» уплаты членских взносов в размере 15 манатов в год. В связи с этим считаем необходимым дать официальное разъяснение.
Члены Союза писателей регулярно получают государственную и общественную поддержку. В настоящее время 70 писателей обеспечены президентскими стипендиями в размере 3600 манатов в год, для представителей молодого поколения предусмотрены стипендии в размере 2400 манатов. Проводятся литературные конкурсы, учреждаются премии, гранты и различные формы дополнительного поощрения. Многие члены Союза удостоены почётных званий, за которые государством предусмотрены пожизненные выплаты.
Произведения и статьи писателей публикуются в изданиях Союза с выплатой гонораров. По мере возможностей оказывается социальная помощь — содействие в лечении, обеспечении медикаментами, обращении в медицинские учреждения, в отдельных случаях — в решении жилищных вопросов. Члены Союза также имеют право на бесплатный отдых в домах творчества в Шабране и Шувелянах.
Особо подчёркиваем: членские взносы в размере 15 манатов в год не могут покрыть даже расходы на издание одного номера литературного журнала. Эти средства носят исключительно символический характер и не являются финансовой основой деятельности Союза.
Членство в Союзе писателей является добровольным. Каждый вправе самостоятельно решать, оставаться ли членом организации. Вопрос предельно ясен: лицо, не уплачивающее членский взнос, вправе выйти из Союза писателей Азербайджана.

Azərbaycan Yazıçılar Birliyi

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top