Zaur Ustacın doğum günüdür

Zaur Ustacın doğum günüdür
Bu gün sözün heysiyyəti, qəlbin sədası, qələmin vicdanı olan tanınmış şair, jurnalist və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, əziz və dəyərli dostum Zaur Ustacın doğum günüdür.
Zaur Ustac təkcə istedadlı şair, çoxşaxəli yaradıcı insan deyil, eyni zamanda təvazökarlığı, səmimiyyəti və yüksək insanlığı ilə könüllərə yol tapan nadir şəxsiyyətlərdəndir. O, sözə məsuliyyətlə yanaşan, yaradıcı insanı yalnız qələmi ilə deyil, insanlığı ilə dəyərləndirən, daim təmənnasız dəstək göstərən böyük ürək sahibidir.
İstedadlı şair olmaq olar, bilikli alim olmaq olar, amma adam olmaq ən uca məqamdır. Zaur Ustac həm yaradıcılığı, həm də insanlığı ilə bu ucalığı layiqincə daşıyan şəxsiyyətdir. Onun şeirləri qəlbi oyadırsa, insanlığı ruhu dinləndirir. O, təkcə heyranlıq doğuran şair deyil, həm də örnək olan insandır.
Əziz və dəyərli dostum, doğum günün mübarək olsun! Yaradanın mərhəməti daim üzərində olsun, qəlbindən ilham əskik olmasın, qələmin nur saçsın. Ömrün bərəkətli, yaradıcılığın əbədi, sözün xalqın qəlbində daim yaşayış tapsın. Bütün xoş arzuların gerçəkləşsin!
Hörmətlə, Cahangir NAMAZOV
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

