Weather Data Source: havadurumuuzun.com

QADIN SAHİBKARLIĞININ (AQSİA) UĞURLARI

QADIN SAHİBKARLIĞININ (AQSİA) UĞURLARI

Onunla növbəti möhtəşəm tədbirdə –“İslam Əməkdaşlıq Təşkilatı Yaradıcı Həftə 2025″ adı ilə Bakıda keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda yenidən görüşdük. Rəqəmsal Dövrdə İslam Ölkələrinin Mədəniyyəti üzrə Panel müzakirələrində…
Səkinə xanım Babayeva..Bu adı artıq təkcə ölkəmizdə deyil,AQSİA- nın İdarə Heyətinin Sədri kimi Beynəlxalq arenada da tanımayan az olar.
26 oktyabr 2017- ci ildə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Azərbaycan Respublikasının Prezidentinin 2016- cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən” Azərbaycanda kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsi” nin icrası çərçivəsində ölkədə fəaliyyət göstərən qadın sahibkarlarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunub….
AQSİA Ölkəmizin sahibkar qadınlarının inkişafıni təmin etmək,dəyərli əlaqələr yaratmaq, iş və karyeranın inkişaf etdirilməsi yolu ilə üzvlüyə müvəffəq olmağı təmin etməklə gələcəyi formalaşdırır.Məqsədi müxtəlif sahələrdən oıan sahibkar qadınları bir araya gətirərək liderlik, təhsil, şəbəkə dəstəyi və ictimai nüfuzun artırılması ilə peşəkar şəkildə inkişafa dəstəkləmək üçün imkanlar yaratmaqdır…
Haşiyə: Səkinə Babayeva Qarabağımızın səfalı guşələrindən biri olan Zəngilan rayonunda doğulmuşdur..Əmək fəaliyyətinə hələ 1982- ci ildən başlamışdır–əvvəlcə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində sarıyıcı, sonra Nəzarətçi, mühasib, baş mühasib və diğər vəzifələrdə çalışıb.
Səkinə xanım 1987- ci ildə Xalq Təsərrüfatı İnstitunu( D.Bünyadzadə adına)bitirmişdir.
Hal hazırda Bakı Tekstil Fabriki MMC- nin təsisçisi və direktoru kimi məsuliyyətli bir vəzifənin sahibidir.Onun rəhbərliyi altı nda tekstil sektoru və yüngül sənaye sahəsində Qadın Sahibkarlığının təşəbbüskarları əməli fəaliyyət göstərir.
Qeyd etdimiz kimi,AQSIA fəaliyyətə başladığı ilk günlərdən etibarən ölkədə qadın sahibkarlığının inkişafına diqqət göstərmiş, ölkə iqtisadiyyatının prioritet sahələrində qadın sahibkarların təmsilçiliyinin gücləndirilməsi yolunda inamla çalışmışdır.
Səkinə Babayeva müasir “Azərbaycanın qadın lideri” kimi- biznes- ictimai həyatda qadınların uğurlu iştirakı üçün nümunə sayılır.O, həm sahibkar, həm ictimai fəal, həm də koordinator kimi fəaliyyət göstərir ki, bu, yalnız qazancla deyil, sosial məsuliyyət və davamlı inkişaf baxımından da dəyərləndirilir.
Səkinə xanım beynəlxalq əməkdaşlıqları genişləndirməyə çalışır,; məsələn,xarici partnyor təşkilatlarla(xarici ölkələrdən) qadın sahibkarlığı üçün razılaşmalar imzalanıb ki, bu da onun viziyonunun yalnız Azərbaycanda qalmaqla məhdudlaşmadığını göstərir.
AQSİA- nın sədri kimi S.Babayeva Azərbaycanda qadın sahibkarlığını sistemli dəstəkləyən əsas simalardan biridir.: Son illərdə Assosiasiyanın reğionlarda, eləcə də azad olunmuş ərazilərdə sahibkarlıq təşəbbüslərini genişləndirməsi mediada müsbət qiymətləndirilir.AQSİA çərçivəsində 2024 cü ilədək 700 region qadın sahibkarlara startap dəstəyi verilib,təxminən 2000 tədbir,150 sərgi,40 momerandum,15 beynəlxalq, 10 lokal qrant layihəsi,330 seminar keçirilib.Bunlar Assosiasiyanın real fəaliyyətini və geniş təsir dairəsini göstərir.
Səkinə xanım yeni bazar imkanlarına – məhsulun ixracı, “Made in Azerbaijan” markasının tanınması, beynəlxalq əməkdaşlığa diqqət çəkir,bu Azərbaycanda qadın sahibkarlığının cəmiyyət və iqtisadiyyat üçün önəmini artırır.
Son illərdə o,iqlim dəyişikliyi, ətraf mühit, davamlı inkişaf və ” yaşıl sahibkarlıq” mövzularını da gündəmə gətirib.Səkinə xanım diqqəti ona çəkir ki,qadın sahibkarlar yalnız ənənəvi sahələrdə deyil, həm də ekoloji yönümlü innovativ bizneslərdə yer ala bilərlər.
Pandemiya dövründə dövlətin tələb və çağırışlarına cavab olaraq Bakı Tekstil Fabriki tibbi maska istehsalına başladı..Bu həm sosial məsuliyyət., həm də dövlət ehtiyaclarını ödəmək baxımından edildi.
O, həmçinin idman sahəsinin inkişafına da dəstək vermək istəyini bildirib.Mötəbər mediada( FED.az, Report.az, Trend az.da və b.)onun təşəbbüsləri yayılıb. Əməli fəaliyyətinə görə Türkiyə və Azərbaycan arasındakı iqtisadi– mədəni əməkdaşlıq çərçivəsində ” İlin iş adamı” nominasiyası ilə təltif olunan Səkinə xanım ,bu günlərdə Bakıdakı Konqres Mərkəzində ” İslam Əməkdaşlıq Təşkilatı Yaradıcı Həftə 2025″ adı ilə keçirilən “Mədəniyyət vəYaradıcı Sənayelər ” Forumunda fəaliyyəti ilə bağlı məruzəsində iştirakçılara ətraflı məlumat verdi.Onu da qeyd etmək yerinə düşərdi ki,Forumun 2 ci günü 2 hissədən ibarət yüksək səviyyəli beynəlxalq panel müzakirələri keçirildi.
Bu panelləri Azərbaycan Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının(İƏT)Qadınların İnkişafı Təşkilatı (WDO- Women Development Orqanisation of ÒIC) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil olunmuşdu.1- ci panel müzakirələrində H.Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın,Sümeyye Erdoğan Bayrakdarın və BƏƏ -nin Qadınların İnkişafı Təşkilatının Baş direktoru Dr.Afnan AI-Shuaibinin iştirak etməsini iştirakçılar sevinclə alqışladılar!Onları qarşılayan Səkinə xanım müzakirələri açıq elan etdi və sözü qonaqlarına verdi.Xanımlar çıxış edərək gördükləri işlərinə dair çəkilmiş video çarxlarla dinləyiciləri tanış etdilər. Belə ki,onlar Yaradıcı Sənayelərdə və Sahibkarlıqda qadınların uğur hekayələrini nümayiş etdirərək, qadınların rəhbərlik etdikləri yaradıcı bizneslər üçün beynəlxalq əməkdaşlıq və ticarət imkanlarını necə gücləndirmək,qadınlar tərəfindən idarə olunan innovasiya, dairəvi iqtisadiyyat modelləri və rəqəmsal transformasiyanı təşviq etmək,özəl sektor və mədəni institutlar arasında sektoral əməkdaşlığı ilhamlandırmaq vasitələrindən söz açdılar.Ümumiyyətlə, Türkiyə,İordaniya,Bəhreyn, Qazaxıstan, Özbəkistan, Pakistan,BƏƏ,Böyük Britaniya,Seneqal,Mərakeş,Səudiyyə Ərəbistanı,Tacikistan,Əlcəzsir,Fələstin, Liviya, İndoneziya, Macarıstan və d.ölkələrin nazirləri, Baş direktorları, nazir müavinlərinin iştirakı ilə keçirilən bu forumda İslam Mədəniyyətinin rəqəmsal qorunması və təbliği, mədəni irsin rəqəmsallaşdırılması, virtual mizeylər və açıq mədəni platformalar,təhsildə süni intellektin tətbiqi,qadın liderliyi və mədəni innovasiya, qadın rəhbərliyində olan startap və təşəbbüslərin İslam mədəniyyəti və təhsil sahəsində yaratdığı yeniliklər və bir çox məsələlərin müzakirələri oldu.
Eyni zamanda AQSİA – nın müxtəlif sahələrdəki nailiyyətlərini, digər ölkələrin də uğurlarını əks etdirən sərgilərinin nümayiş olunması hamının ürəyincə oldu.Sonda iştirakçı ölkələrin bayraqları önündə xatirə şəkilləri çəkildi.
Mənə elə gəlir ki , İstər AQSİA- nın , istərsə də digər ölkələrin təqdim etdikləri yeniliklər, uzun müddət forum iştirakçılarının yaddaşında qalacaq.Səkinə xanım və onun beynəlxalq komandasına can sağlığı və bol ugurlar diləyilə:


Nəzakət Əhmədova,AYB , AJB və P.E.N- in üzvü,yazıçı- publisist.

Top