Weather Data Source: havadurumuuzun.com

AĞRILI YOLLARIN İŞIQLI DAYANACAĞINDA…..

AĞRILI YOLLARIN İŞIQLI DAYANACAĞINDA…..
Payızda piyada gəzməyi çox xoşladığımdan Xaçmazın H.Əliyev prospekti ilə xeyli getdim.Payız olmasına və xəzəlin tökülməsinə baxmayaraq küçələrdə də bir dənə olsun yarpaq belə yox idi. Şəhər tər- təmiz idi.Adamın ürəyi açılırdı.Xüsusən,Şəxsiyyətlər Parkında ,küçələrdə nə qədər abadlıq işləri görülmüşdü….Gördüklərimizlə fəxr edir,qürur duyurduq.Əlbəttə, son illər,xüsusən RİH- nin başçısı Elnur Pzayevin bu rayona təyin olunması,gəldiyi gündən Xaçmaz vəXudat şəhərlərinə diqqət ayırması, onun zəngin təcrübəyə malik olmasından xəbər verir. Mütəmadi olaraq Xudat şəhərinin də küçələrinin asfaltlaşmasında, yeni parkların salınmasında icra başçısının gərgin əməyi hiss olunur. Şübhəsiz,görülən işlərə gözəl şərait yaratdığına görə ilk növbədə Prezidentimiz İlham Əliyevə və l vitse- prezide nt Mehriban xanım Əliyevaya təşəkkür edirik ki, xudatlılar da abadlıq- quruculuq işlərindən bəhrələnirlər.
Xudat şəhərindəki bu quruculuq işləri ilə bağlı ilk olaraq Xaçmaz Rİ H başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Budaq Əliyevlə söhbət aparmağı lazım bildik.Əvvəlcə onun haqqında qısa məlumatla tanış olun:
Budaq Çaylar oğlu Əliyev 1961- ci ilin 25 avqustunda Qərbi Azərbaycanın Çəmbərək(Krasnoselsk)rayonunun Gölkənd( Qaraqoyunlu mahalı) kəndində anadan olmuşdur.1978 -ci ildə orta məktəbi bitirdikdən sonra Voronej şəhərindəki Meşə Təsərrüfatı İnstituna daxil olmuş,1983 – cü ildə oranı fərqlənmə diplomu ilə bitirib,Moskva vilayətinin Şatura Meşə Sənaye Təsərrüfatına texnoloji rəhbər vəzifəsinə işə göndərilir.1985- ci ildə hərbi xidmətini başa vuraraq ailəsinə kömək etmək üçün kəndinə qayıtmışdır.
Qonşu kənddəki Gedik Meşə Təsərrüfatına işə düzəlmək üçün Ermənistan Meşə Komitəsinə müraciət edən gənc Budaq çətinliklə də olsa işə düzəlir.Ermənilərin maneçilik törətməsinə baxmayaraq,onların ixtisaslı kadrları olmadığına görə o, işə qəbul olunur.İşlədiyi müddətdə bir çox yeniliklər edir.Bunlar Komitənin diqqətini cəlb edir.O, əməli fəaliyyətinə görə Meşə Komitəsinin Fəxri Fərmanı ilə təltif olunur.Mərkəzi qəzetlərdə onun haqqında yazılar dərc olunur..
Məlum Qarabağ hadisələri başlananda, çətinliklər başlayır
Belə ki,Topxana meşəsində və Sumqayıtda baş verən hadisələrdən sonra azərbaycanlı əhalinin kompakt yaşadığı ərazilərdə davamlı olaraq ermənilər tərəfindən təxribatlar baş verməyə başladı. Bu məqsədlə yerlərdə təbliğat xarakterli yığıncaqlar olurdu..
1988- ci ilin mart ayının əvvəllərində SSRİ Mərkəzi Komitəsinin təbliğat- təşviqat şöbəsindən gələn Ryabov Yerevandan MK işçiləri ilə birlikdə onların işlədiyi Çaykənd kənd Mədəniyyət Evində yerli əhali ilə görüş keçirirlər.Rayon Partiya Komitəsinin I katibi Budağa deyir ki, sən Rusiyada oxumusan,rus dilində çıxış elə,amma ehtiyatlı danış!
— Budaq müəllim ,sonrakı hadisələri ağır da olsa özünüz danışın….
—Əlbəttə,o illəri xatırlayanda çox həyəcan keçirirəm….
Məndən əvvəl erməni təlimatçı çıxış edərək,Qarabağda ermənilərin öldürülməsini, qovulmasını və digər yalançı məlumatları çatdırdı.Ryabov çox pis hada:–Bu ki,vəhşilikdi!,-dedi.
Mən çıxış edərək, məlumatın yanlış olduğunu və çıxış edənin oradan tam xəbərsiz olduğunu bildirdim.Divardakı Ermənistan xəritəsini göstərərək bildirdim ki, burada Qarabağ sözü yoxdur., Ora Azərbaycana aiddir.Biz burada yaşayırıq və görmədiyimiz yer haqqında nə üçün yanlış məlumat veririk!Azərbaycanlılar ən agır işlərdə çalışır,öz çətinllikləri barədə heç kimə irad bildirmirlər.Ona görə də Qarabağı görmədən,tanımadan qızışdırıcı məlumatlar vermək təxribatdır!
Bu sözlər Ryabovun xoşuna gəldi, lakin ermənilər çox pərt oldular.Bu iclasdan sonra mənə qarşı qərəzlər başladı…Nəhayət,31 martda təşkili qaydada erməninin Kamaz maşınında məni qəzaya sallb qaçdılar….
Çox ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılsam da erməni həkimlər gələnə kimi növbədə olan Borisov(çox savadlı malakan həkim) məni qəbul edib,ilkin yardım etdi.O, ehtiyatla mənə tapşırdı ki,erməni həkimlərdən ehtiyatlı ol! İynə, dərman qəbul etmə!
Beləliklə,çox çətinliklə Borisov məni müalicə etdi…
1988 -ci ilin sonunda bizi öz doğma evimizdən,yurd yuvamızdan məcburi qaydada qovdular!….
— Artıq 37 ildir ki, dədə- baba yurdundan ayrılmısız,…İnşallah,yenidən oralara gedib,doğmalarınızın ot basmış məzarlarıını ziyarət edərsiz….
Budaq müəllim dərin köks ötürdü..Onu acı xatirələrindən ayırmaq üçün Bakıya gələndən sonrakı taleyini ,fəaliyyətini öyrənməyə başladım .Məlum oldu ki,1991-2001 ci illərdə Azərbaycan Meşə İstehsalat Birliyində müfəttiş,2001 ci ildə Ekologiya Nazirliyi yarananda nazirlikdə baş müfəttiş,eyni zamanda Yalama Meşə Mühafizəsi və Bərpası müəssisəsinə direktor vəzifəsi həvalə olundu.2002- ci ilin iyun ayından həmin müəssisəyə direktor təyin olunur.2012- ci ilin noyabrından yeni yaradılmış Samur—Yalama Milli Parkına direktor təyin olunan Budaq Əliyev 2020 ci ilin mart ayından Xaçmaz RİH başçısının Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi seçildi. Harada işləməsindən asılı olmayaraq Budaq müəllim işinə məsuliyyətlə yanaşmağı özünə vəzifə borcu bilmişdir.Çalışdığı beş il müddət ərzində Xudat şəhərində abadlıq quruculuq işləri geniş vüsət almışdır.Belə ki , ilk növbədə əhalinin içməli suya olan tələbatını ödəmək üçün üç yerdə artezian quyusu vurulmuşdur. Vaxtilə dəmiryolunun aşağı hissəsində olan Nizami Parkı bərbad vəziyyətdə idi.Son illər bu Park müadir tələblərə uyğun qurularaq əhalinin istifadəsinə verilmişdir.Belə ki, Parkda dahi sənətkarln sözlərindən ibarət maraqlı lövhələr,uşaqlar üçün əyləncə qurğuları,yeni oturaçaqlar və s.quraşdırılmışdır.Burada hər gün xeyli ana uşaqları ilə istirahət edir,bu şəraiti yaradanlara minnətdarlıqlarını bildirirlər.
Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki,son illər RİH – nin başçısı Elnur Rzayevin rəhbərliyi ilə 15 iyun –Qurtuluş günü məhz Nizami Parkında təntənəli şəkildə,böyük coşqu ilə qeyd olunur.Tədbirə respublikamızın tanınmış incəsənət adamları dəvət olunur ,əhalinin xoş istirahəti qismən təmin olunur.
—Xalqımıza Zəfəri qazandıran şəhidlərimizin ailələri ,qazilər və müharibə veteranları ilə necə əlaqə saxlayırsız?
—-Biz bununla bağlı bir çox tədbirlər həyata keçirmişik və keçiririk. Belə ki,həmin ailələrin problemləri ilə maraqlanır,onlara maddi və mənəvi dəstək veririk.Şəhid uşaqlarının ad günlərində,kiçik toylarında,.şəhidlərin anım və doğum günlərində onların yanında oluruq( söhbət əsnasında zəng oldu və onu ad gününə dəvət etdilər)Şəhərin ətrafındakı 2- ci şöbədə şəhidlərimizin xatirəsini əbədiləşdirmək,gələcək nəsillərə nümunə göstərmək məqsədilə
” şəhidlərin “Xatirə kompleksini yaratmışıq .Burada ərazimizin 29 şəhidinin büstü qoyulmuşdur.
Son vaxtlar Xudatda gedən abadlıq– quruculuq işləri göz qabagındadır,bunu hətta bizə gələn qonaqlar da etiraf edirlər…
—Bəli, yol mədəniyyətdir -,deyənlər səhv etmirlər. Xudatın 26 küçəsinə artıq asfalt döşənmişdir.Mərkəzi yolun kənarında velosiped sürənlərin sərbəst hərəkəti üçün müasir standartlara uyğun zolaqlar çəkilmiş, şəhərdaxili avtobusların işləməsi isə əhalinin gediş- gəlişini,rahatlığını təmin edir.
—–Qarşıda görüləcək işləriniz barədə…
-‐’—-Cari ildə icra başçımızın rəhbərliyi ilə Heydər Əliyev Parkının əsaslı təmirini başa çatdırmalı,həm də qeyd etdiyim kimi daha 4 küçənin asfaltlaşdırılmasını həyata keçirəcəyik
— O ağrılı acılı,qara günlərdən qurtulub ,gələcəyin işıqlı dayanacağında çalışan
Budaq müəllim, sizə əməli fəaliyyətinizdə can sağlığı, bol uğurlar arzulayıram!

Hötmətlə:
Nəzakət Eminqızı,”,Veteranın Səsi” jurnalının baş redaktoru,AYB,AJB və P.E.N-in üzvü,”Qızıl Qələm”, və H.B Zərdabi” Media Mükafatları Laureatı, yazar- publisist.
Bakı- Xudat- Bakı.
RS: yazı hazırlanarkən ərazilərdə qızğın iş gedir,M.Ə,Rəsulzadə küçəsində yeni su boruları çəkilir, Şəhriyar küçəsinə asfalt döşənirdi…

Top