Kuzey Kıbrıs Türk Cumhuriyeti – Türk Millətinin Şərəfli Məqamı

Kuzey Kıbrıs Türk Cumhuriyeti – Türk Millətinin Şərəfli Məqamı
15 noyabr 1983-cü il türk dünyasının yaddaşına qızıl hərflərlə yazılan günlərdən biridir. Bu tarix, Kıbrıs türklərinin əsrlər boyu çəkdiyi zülm, təzyiq və mübarizələrin məntiqi davamı, azadlıq iradəsinin bərqərar olması, milli mənliyinin təsdiqi idi. Uzun illər boyu adanın yerli türk əhalisi siyasi təzyiqlərə, etnik ayrı-seçkiliyə və təhlükəsizliyə yönəlmiş təhdidlərə məruz qalmasına baxmayaraq, mübarizədən geri çəkilmədi və dünya ictimaiyyətinə öz varlığını təsdiq etdi.
Tarixin Kökündə – Kıbrıs Türklərinin Var Olma Savaşı
Kıbrıs adası əsrlər boyunca Osmanlı irsini yaşadan, türk varlığının mühüm dayaqlarından biri olmuşdur. 1571-ci ildə Osmanlı dövlətinin adanı fəth etməsi ilə türklər burada dərin mədəni, hüquqi və sosial iz buraxmışdır. Lakin 1878-ci ildə İngiltərənin adaya nəzarəti ələ keçirməsi ilə Kıbrıs türkləri çətin dövrə qədəm qoydu.
XX əsrin ortalarında Yunanıstanın “Enosis” – adanın Yunanıstana birləşdirilməsi planı çərçivəsində EOKA terror təşkilatının türk əhalisinə qarşı hücumları, kəndlərin yandırılması, qətliamlar Kıbrıs türklərinin varlığını ciddi təhlükə altına saldı. Onların həm fiziki, həm də siyasi varlıqları hədəf edildi.
Bu dönəmdə Kıbrıs türkləri böyük bir iradə, təşkilatlanma və milli şüur nümayiş etdirərək özlərini müdafiyə etmək üçün mübarizəyə qalxdı. Türk Mukavemet Teşkilatı (TMT) bu dirənişin əsas sütunlarından biri oldu.
1974-cü il Barış Hərəkatı – Türk Ordusunun Şərəfli Yardımı
15 iyul 1974-cü ildə Yunan hərbi xuntası adada çevriliş edərək Makariosu devirdi və tam Enosis planını işə saldı. Bu, Kıbrıs türkləri üçün ölüm hökmü demək idi.
Türkiyə isə beynəlxalq hüquqa əsaslanaraq – 1960 Garantiya Anlaşmasına uyğun olaraq – tarixi bir addım atdı və 20 iyul 1974-cü ildə Barış Hərəkatını başladaraq adada qətliamların qarşısını aldı, türk əhalisini soyqırımdan xilas etdi.
Bu hərəkat yalnız Kıbrıs türklərinin deyil, bütün türk dünyasının qürur mənbəyinə çevrildi.
Kıbrıs Türk Federe Dövlətindən – Müstəqil Cumhuriyyətə
1975-ci ildə Kıbrıs Türk Federe Dövlətinin yaradılması Kıbrıs türklərinin dövlətçilik yolundakı ilk addımı idi. Lakin dünya tərəfindən ədalətli yanaşma görməyən, təcrid və blokadalarla üz-üzə qalan Kıbrıs türkləri öz gələcəklərini suveren dövlət çərçivəsində qurmağa qərar verdilər.
Nəhayət, 15 noyabr 1983-cü ildə KTFD Məclisi tarixi qərar qəbul edərək Kuzey Kıbrıs Türk Cumhuriyetinin qurulduğunu elan etdi.
Bu elan, yalnız bir dövlətin yaranması deyil – bir xalqın öz taleyinə sahib çıxması demək idi. KKTC qurulmaqla türklər adada milli varlıqlarını hüquqi şəkildə təsdiq etdilər, öz siyasi iradələrini dünyaya bəyan etdilər.
KKTC – Sülhün və Sabitliyin Qarantiyaçisi
KKTC-nin qurulması bölgədəki sülhü qoruyan ən mühüm amillərdən biridir. Şimalda türk dövlətinin mövcudluğu, adanın bir daha etnik təmizlənmə və zorakılıq dövrlərinə qayıtmasına imkan vermədi.
Türkiyə Respublikasının KKTC-yə qardaş dəstəyi bu dövlətin həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından güclənməsinə kömək etdi. Türk dünyası üçün KKTC bir qürur, əzm və birlik rəmzidir.
Tarixi Gündən Mesaj – Azadlıq heç vaxt asan qazanılmır
KKTC-nin yaranması göstərdi ki,
bir xalq öz milli iradəsinə güvənirsə, heç bir güc onun yolunu kəsə bilməz.
Bu gün KKTC yalnız bir dövlət deyil,
Türk dünyasının var olma, dirəniş və azadlıq mübarizəsinin canlı simvoludur.
Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin İlanı – Türk Milletinin Şanlı Varoluş Destanı
(Tarihî Derin Analiz • Pərvanə Salmanqızı)
15 Kasım 1983 tarihi, Türk dünyasının hafızasına altın harflerle yazılmış müstəsna bir gündür. Bu tarih, Kıbrıs Türk halkının yüz yıllar boyunca yaşadığı acıların, direnişin və milli iradəsinin qələbəsi; öz kaderine yön verme gücünün təcəssümü idi. Uzun yıllar boyunca siyasi baskı, saldırı ve tehlikelerle mübarizə edən Kıbrıs Türk halkı, nihayet dünya kamuoyuna “biz buradayız və varız” mesajını ən güclü şəkildə verdi.
Tarihin Derinliklerinde – Kıbrıs Türklerinin Var Olma Mücadelesi
Kıbrıs adası, Osmanlı Devleti’nin 1571 fetihləri ilə Türk kültürünün izlərini taşımağa başlamış və əsrlər boyunca Türk kimliyinin mühüm bir parçası olmuşdur. Lakin 1878’de adanın İngiltere yönetimine geçməsiyle Kıbrıs Türkleri zorlu bir döneme adım attı.
XX yüzyılın ortalarına doğru Yunanistan’ın “Enosis” – adanın Yunanistan’a ilhakı ideyası çərçivəsində EOKA terror örgütünün saldırıları, köylerin yakılması, kadın–çocuk demeden sivillerin katledilməsi Kıbrıs Türk toplumunu yok olma tehlikesi ilə karşı qarşıya qoydu. Bu dövrdə Türk halkı büyük bir iradeyle ayağa kalkarak milli direnişini örgütledi. Türk Mukavemet Teşkilatı (TMT) bu direnişin önündə duran ən əhəmiyyətli güclərdən biri oldu.
1974 Barış Harekâtı – Türk Ordusunun Şerefli Müdahalesi
15 Temmuz 1974’te Yunan cuntasının adada darbe yapması və Enosis planını hayata keçirməsi, Kıbrıs Türkleri üçün ölüm fermanı niteliğindeydi.
Türkiye Cumhuriyeti ise uluslararası hukuk ve 1960 Garanti Anlaşması çərçivəsində tarihi bir adım atarak 20 Temmuz 1974 Barış Harekâtını başlattı. Bu müdahale Kıbrıs Türk halkını soykırımdan qurtardı, adada sülh və güven ortamı sağladı.
Bu harekât yalnız Kıbrıs Türklerinin deyil, bütün Türk milletinin qürur və onur sembolü oldu.
Kıbrıs Türk Federe Devleti’nden – Bağımsız Cumhuriyete
1975 yılında Kıbrıs Türk Federe Devleti’nin kurulması, Türk halkının devletleşme yolundakı ilk ciddi adımı idi. Ancak dünya kamuoyunda adil bir yaklaşım göremeyen, yıllarca ambargo və siyasi tecrit altında yaşayan Kıbrıs Türkleri, kendi geleceğini özgür və bağımsız bir devlet çatısı altında qurmağa qərar verdi.
Ve nihayet, 15 Kasım 1983 tarihinde KTFD Meclisi tarihi bir karara imza atarak Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kurulduğunu ilan etti.
Bu ilan yalnız bir devletin doğuşu deyil;
bir milletin kendi kaderini eline alışının en net ifadəsi idi.
KKTC – Adadaki Barışın və İstikrarın Teminatı
KKTC, bölgədə barışın və istikrarın en güçlü dayanaklarından biridir. Türk devletinin Kuzey Kıbrıs’ta varlığı, adanın yeniden etnik temizliğe, saldırılara ve kaosa sürüklenməsinin qarşısını alır.
Türkiye Cumhuriyeti’nin KKTC’ye olan sarsılmaz desteği, qardaş bağlarının gücünü bir daha ortaya qoymuşdur. Bugün KKTC, Türk dünyası için yalnız bir devlet deyil, milli iradə, direniş və azadlıq mücadelesinin yaşayan symboludur.
15 Kasım’ın Mesajı – Özgürlük Mübarizəsi Asla Tesadüf Değildir
KKTC’nin kuruluşu bütün dünyaya bir gerçeği xatırladır:
Bir millet birlik, inanç və irade sahibidirse, hiçbir güç onun önünü kesemez.
Kıbrıs Türk halkı bu iradeyi kanıyla, canıyla, sabrıyla sübut etmişdir.
Müəllif: Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist, şair-publisist.


