Bolqarıstanda Azərbaycan Zəfəri — Arpaçay Karate Klubunun idmançıları Dünya Çempionatında Bayrağımızı dalğalandırdılar

Bolqarıstanda Azərbaycan Zəfəri — Arpaçay Karate Klubunun idmançıları Dünya Çempionatında Bayrağımızı dalğalandırdılar
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən SHOTOKAN KARATE üzrə 15-ci Dünya Çempionatında idmançılarımız böyük uğura imza atıblar. Yarışda Azərbaycanı təmsil edən Arpaçay Karate Klubunun yetirmələri yüksək nəticələr göstərərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar və üçrəngli Azərbaycan bayrağını dalğalandırıblar.
Gənc idmançılarımız arasında Lapayev Aliksey 14-15 yaş kateqoriyası üzrə Kata yarışında 1-ci yerə layiq görülüb. Bununla yanaşı, Komanda Kata (kişilər) üzrə də birincilik əldə edərək çempionatın ən parlaq iştirakçılarından biri olub.
Digər istedadlı idmançımız Məmmədrəhimov Ömər isə 16-17 yaş qrupunda Kata üzrə 2-ci yer, həmçinin Komanda Kata (kişilər) üzrə 1-ci yer qazanaraq Azərbaycan idmanının gücünü və peşəkarlığını nümayiş etdirib.
İdmançılarımız yarışa Arpaçay İdman Birliyinin baş katibi, Beynəlxalq dərəcəli hakim Vüqar Kərimovun rəhbərliyi altında yollanıblar. Onun rəhbərliyi və təcrübəsi gənclərin uğur qazanmasında mühüm rol oynayıb.
Bu böyük nailiyyət təkcə idmançılarımızın şəxsi zəfəri deyil, həm də Azərbaycan idmanının beynəlxalq arenadakı nüfuzunun artmasının göstəricisidir. Arpaçay Karate Klubunun bu uğuru gənclərimiz üçün həm motivasiya, həm də qürur mənbəyidir.


Azərbaycan bayrağını xarici arenada dalğalandıran bütün idmançılarımızı, onların məşqçilərini və rəhbər heyəti ürəkdən təbrik edir, yeni-yeni qələbələr arzulayırıq!
İmza: Pərvanə Salmanqızı.


