UNUTMAYAQ TANIYAQ VƏ TANIDAQ

UNUTMAYAQ TANIYAQ VƏ TANIDAQ
Zəfər yolu, Haqqın yoludur!
Vətən sevdalı oğulların yoludur!
Şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu
Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək döğulduğu torpaqda dəfn olunan beş şəhiddən biridir.Birinci Qarabağ müharibəsində şəhid olan Neftçala sakininin nəşi 33 il sonra ata yurduna gətirilib. Allahverdiev Teymur 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşüb.Bu illər ərzində onun doğmaları ümüdə gözləyiblər,bir gün Teymur sağ salamat gələcək, ayrılıq bitəcək.33 ildir ki, bir ana gözü yolda ,qulağı səsdə,ürəyində nisgilə dediyi Allahım hamının balası gəldi,mənim balamdan bir soraq deyib görüm görüb göynəyib, üzdə özünü tox tutub,inanıb Teymür gələcək.
Allahverdiyev Teymur Qüdrət oğlu 1992-ci ilin yanvar ayında bir qrup Əfqanıstan müharibəsi iştirakçısı ilə birlikdə könüllü olaraq Vətənin müdafiəsinə qoşulmuşdu .O, Daşaltı əməliyyatı zamanı düşmənlə sona qədər vuruşaraq 18 silahdaşı ilə birgə qəhrəmancasına həlak olub.
Bir ana intizarı başa catdı. Bu ağrının nə olduğunu onun doğmaları bilir. Teymurun qardaşı Sehran deyir anamız bizdən daha güclüdü, balasını rahat qarşıladı, Allaha şükr etdi gözümüz yollardan yığıldı dedi…Teymur doğma kəndimdə dəfin olundu.Ruhu şad olsun,uğrunda şəhid oldu Qarabağda Azərbaycan Bayrağı dalğalanır. Tabutuna bükülən Azərbaycanın üçrəngli Bayrağı şəhidin qardaşı Sehran Allahverdiyevə təqdim edilib.
Azərbaycan tarixinin qürur dolu anları!Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Azərbaycan xalqnın, rəşadətli Azərbaycan Ordusunun, Dövlətimizin birliyi Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Onların əziz xatirəsi həmişə ehtiramla yad edilir.Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var.Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz! Qədrini bilmək, uğuruna imza atmaq hər bir kəsin namus işidir! Haqq işi uğrunda can verən Oğullar Vətəni canı və qanı bahasına qoruyurlar,müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Torpağında Şəhid yatan Qarabağımız var! Ya qalib, ya qazi, ya şəhid olmaq kimi şərəfli yolu seçərək əzmlə döyüşmüş, üçrəngli bayrağı Qarabağda dalğalandıran igid oğulların xatirəsini uca tutaq, gələcək nəsillərə tanıtmaq üçün Qarabağ müharibəsi qəhrəmanlarını Unutmayaq: Tanıyaq və Tanıdaq!
UNUTMAYAQ
Qan ağlayır analar,beli sınmış atalar!
Övladları Şəhid ,Qazi olanlar!
Ailənin yeganə övladını itirənlər!
Nəsli,kökü kəsilənlər!
Şəhid oğullar, başımızın Taçı onlar!
Torpaq uğrunda canlarından keçən,
Namus ləkəsini üstümüzdən silən,
Param parça olan oğullar!
Vətəni qorudular, Zəfər çaldılar!
Doğmaları od tutub yanır!
Hayqırır , göyə qalxır naləsi!
Gedən geri qayıtmayır!
Şəhidlər Uca məqamda!
Unutmayaq: -Məkirli düşmən,
Fürsət gözləyir!!!
Niyyətindən əl çəkməyib!
Düşmənin hiyləsinə Uymayaq!
Unutmayaq olanları:
-Naləsi Göyə qalxan Anaları!
Şəhid olan balaları!
Yarım çan Qaziləri!
Düşmən əsirlində olanları!
Bır olaq, Məsuliyyətli olaq!

31 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Qaçaqkənd kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülən Azərbaycanın üçrəngli Bayrağı şəhidin qardaşı Sehran Allahverdiyevə təqdim edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə anadan olmuşdur. 1992-ci ildə Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir. Allah rəhmət eləsin. Amin.

Hörmət və Ehtiramla:
Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar Müəllim
“Vətən və insan sevgisi” layihəsinin rəhbəri


