Weather Data Source: havadurumuuzun.com

BEYNƏLXALQ KONFRANSLARIN TƏHSİLDƏ, MÜXTƏLİF ELM VƏ PEŞƏ SAHƏLƏRİNDƏ, CƏMİYYƏTİN İNKİŞAFINDAKI ROLU

Zərövşən Babayeva,

Naxçıvan Dövlət Universitetinin professoru,
pedaqoji elmlər doktoru,
 Əməkdar müəllim
dr.zarifbabayeva@gmail.com

https://orcid.org/0009-0009-3004-8455

BEYNƏLXALQ KONFRANSLARIN TƏHSİLDƏ, MÜXTƏLİF ELM VƏ PEŞƏ SAHƏLƏRİNDƏ, CƏMİYYƏTİN İNKİŞAFINDAKI ROLU

Elmi tədqiqatların beynəlxalq səviyyədə müzakirəyə çıxarılmasının elm, təhsil, müxtəlif peşə sahələrində, cəmiyyətlərin inkişafında mühüm əhəmiyyəti vardır. Həmçinin beynəlxalq konfranslar müasir elmin, təhsilin və sosial sahələrin inkişafında əvəzolunmaz platformalardır. Konfranslar elm adamlarının, müəllimlərin, siyasətçilərin və digər mütəxəssislərin öz təcrübə və biliklərini paylaşması, yenilikləri müzakirə etməsi və gələcək strategiyaların müəyyənləş­dirilməsi üçün unikal imkan, təcrübə mübadiləsi yaradır. Beynəlxalq konfranslar sayısində təhsildə, müxtəlif elm sahələrində və ümumilikdə cəmiy­yə­tin inkişafında təsirini daha da artırmaq mümkündür. Təhsil sahəsində beynəlxalq konfranslar, xüsusilə UNESCO, OECD, EBSCO, World Education Forum və s. kimi nüfuzlu təşkilatların təşəbbüsü ilə keçirilən tədbirlər, təhsil siyasətlərinin formalaşmasında həlledici rol oynayır.

UNESCO Dünya Təhsil Forumları dünyanın müxtəlif ölkələrindən təhsil ekspertlərini bir araya gətirərək 2030-cu il Təhsil Gündəliyinə uyğun inklüziv və keyfiyyətli təhsilin təmin edilməsi üçün stra­te­ji istiqamətləri müəyyənləşdirməyə çalışır. Bu konfranslarda rəqəmsal texnologiyaların tədrisə inteq­rasiyası, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi aktual mövzular müzakirə olunur.

OECD Təhsil İcmalları və Təhsil Forumları dünyanın qabaqcıl ölkələrinin təhsil sistemlərinin müqayisəli təhlilini təqdim edir və yaxşı təcrübələrin paylaşılması ilə sistemlərin təkmilləşdirilməsinə dəstək olur. OECD konfranslarında tələbə mərkəzli təhsil, öyrənmə analitikası, STEAM təhsili və rəqəmsallaşma məsələləri prioritet təşkil edir.

PhET İnteraktiv Simulyasiyaları və Təhsil Texnologiyaları Konfransı 2019-cu ildə keçirilən tədbirdə biologiya, fizika və kimya kimi fənlərdə virtual laboratoriyaların effektivliyi və istifadəsi barədə tədqiqat nəticələri təqdim edilmişdir. Bu tədbirlərdə elmi təcrübələrin rəqəmsal mühitdə necə daha əlçatan və motivasiyaedici olması müzakirə olunur. Elmi araşdırmaların inkişafında beynəlxalq konfransların rolu çoxsahəlidir:

CERN və HEP (High Energy Physics) Konfransları fizika sahəsində dünya üzrə ən qabaqcıl tədqiqatların müzakirə olunduğu platformalardır. Bu konfranslar, nüvə fizikası və kosmologiyada əldə edilən kəşflərin yayılmasına və yeni layihələrin koordinasiyasına səbəb olur. (Mənbə: CERN Annual Report, 2024)

BIO International Convention biologiya və biotexnologiya sahəsində ən böyük tədbir sayılır. Burada biotibb, gen mühəndisliyi və ətraf mühit biologiyası üzrə yeni tədqiqatlar və texnologiyalar təqdim olunur. Bu konvensiya şirkətlər, tədqiqatçılar və tənzimləyici orqanlar arasında əməkdaşlıq üçün əsas platformadır. (Mənbə: BIO Convention Reports, 2023)

IEEE International Conference on Robotics and Automation yeni texnologiyaların, süni intellektin və robototexnikanın inkişafını sürətləndirir. Bu konfrans vasitəsilə elm adamları və sənaye nümayəndələri arasında bilik mübadiləsi təmin edilir. (Mənbə: IEEE Conference Proceedings, 2024)

Beynəlxalq konfranslar yalnız elmi və təhsil sahəsində deyil, həmçinin sosial, iqtisadi və siyasi məsələlərdə də cəmiyyətlərarası dialoqu təmin edir. Məsələn:

Davos Dünya İqtisadi Forumu (World Economic Forum) müxtəlif ölkələrin liderlərini bir araya gətirərək qlobal iqtisadiyyat, sosial ədalət və davamlı inkişaf mövzularında dialoq təşkil edir. Bu forumda təhsil və texnologiyanın cəmiyyətə təsiri tez-tez müzakirə olunur. (Mənbə: WEF Annual Report, 2023)

COP Konfransları (UN Climate Change Conferences) iqlim dəyişikliyi ilə mübarizədə qlobal siyasətin formalaşmasında əsas rol oynayır. Bu tədbirlərdə dövlətlər və qeyri-hökumət təşkilatları təhsil və məlumatlandırma strategiyalarını da müzakirə edir. (Mənbə: UNFCCC COP26 Summary, 2021)

Global Education Summit 2023 təşkilatı BMT-nin təşəbbüsü ilə keçirilib və təhsil sahəsində inklüziv yanaşmaların inkişafına yönəlib. Burada ölkələr arasında əməkdaşlıq imkanları artır və qlobal təhsil hədəflərinə nail olmaq üçün praktik addımlar müzakirə olunur.
(Mənbə: UNESCO Global Education Summit Report, 2023).

Beynəlxalq konfranslar elm, təhsil və cəmiyyət sahələrində innovasiya, əməkdaşlıq və davamlı inkişaf üçün mühüm rol oynayır. Onlar bilik mübadiləsi, təcrübə paylaşımı və qlobal problemlərə birgə həll yollarının axtarışı üçün unikal platformalar təmin edir. Real nümunələrdən göründüyü kimi, bu tədbirlər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin elmi və təhsil sistemlərinin modernləşdirilməsinə və gücləndirilməsinə böyük töhfələr verir.

11-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresi 2025-ci ilin 31 iyul – 3 avqust aylarında İstanbulda, Beykent Universitetində keçirildi. İqtisadiyyat, Texnologiya, Təhsil və innovasiya sahələrində çalışan beynəlxalq mütəxəssislərin qatıldığı bu tədbir, xüsusilə yeni dövrün çağırışlarına uyğun təhsil modellərinin müzakirəsi üçün geniş platforma yaratdı. Konqresdə sahibkarlıq, təhsil sahəsindəki innovasiyalar və bu qlobal problemin məktəb və universitet proqramlarına inteqrasiyası əsas mövzulardan biri olub. İştirakçılar arasında iqtisadçılar, texnologiya mütəxəssisləri, innovativ metodları təbliğ edən müəllimlər, ekologiya tədqiqatçıları və təhsil siyasətçiləri yer almışdır. 11-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresində iştirakımız çox verimli oldu. Konfrans çoxistiqamətli keçirildiyindən müxtəlif elmi tədqiqat sahələrindən 28 ölkədən 400-dən yuxarı elmi tədqiqatçı iştirak etdi. Konfransın proqramı zənginliyi ilə diqqəti cəlb edirdi və bölmələr İstanbulun müxtəlif səmtlərinin adı ilə adlandırılırdı. Moderatoru olduğum Taksim bölməsində mənim və Dünyanın bir çox ölkəsindən, o çümlədən Bakıdan gəlmiş tədqiqatçıların çıxışları maraqla qarşılandı.  (July 31 and August 3, 2025İstanbul Beykent University).

Sahibkarlıq və İnnovasiyalar, İdarəetmə və Təşkilat (Təşkilat Nəzəriyyəsi, HRM, Strateji İdarəetmə, Təşkilati Davranış), Biznes (MIS, İstehsalın İdarə Edilməsi, Marketinq, Kəmiyyət Metodları, Mühasibat-Maliyyə), Ünsiyyət (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Radio Televiziya Kino, Vizual Kommunikasiya Dizaynı), Hüquq, Beynəlxalq Münasibətlər, Dövlət İdarəçiliyi və Siyasi Elm, İqtisadiyyat və Dövlət Maliyyəsi, Bank işi və Maliyyə, Turizm, İdman Menecmenti və Sağlamlıq Elmləri, Psixologiya, Sosiologiya, Antropologiya, Fəlsəfə və Dinşünaslıq, Təhsil, Dil, Türk Tarixi, Arxeologiya, Ədəbiyyat və Gözəl Sənətlər, Uzaqdan və hibrid təhsilin inkişafı, Ətraf mühitin qorunması və davamlılıq, Biologiyada rəqəmsallaşmanın mexanizmləri: Virtual laboratoriyalar, PhET simulyasiyaları və VR tətbiqləri, Big Data və təhsil texnologiyaları və s. sahələri əhatə edən konqresdə XXI əsr Yeni Dünya Düzəni standartlarını əldə etmək yolunda fəaliyyətlər də diqqətə çatdırıldı.

Ümumiyyətlə, beynəlxalq konfransların cəmiyyət həyatında da mühüm əhəmiyyəti vardır. Hesablamalar göstərir ki, bir çox konfransların nəticələri müsbət keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur.

Beynəlxalq Konfransların Təhsil və Elmdə Əsas Təsirləri (2020-2025)

Mövzu Əhatə Dairəsi Tədbir Nümunəsi Tədbir İştirakçı Sayı
Sahibkarlıq, Rəqəmsal Təhsil və Texnologiya İqtisadi innovasiyalar, Virtual laboratoriyalar, VR/AR, simulyasiyalar 11th EMI Congress (2025) 400 mütəxəssis
STEAM Təhsili Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat UNESCO Global Education Summit (2023) 500+ ölkə nümayəndəsi
İqlim Dəyişikliyi və Təhsil Ətraf mühit, davamlılıq, tədris proqramları COP26 Təhsil Sessiyası (2021) 200+ ekspert
Müəllimlərin Rəqəmsal Bacarıqları Müəllim təlimləri, peşəkar inkişaf OECD Education Forums (2022) 350+ təhsil işçisi
Uzaqdan Təhsil və Hibrid Model Onlayn platformalar, LMS, interaktiv dərslər World Education Forum (2021) 400+ ölkə nümayəndəsi

Təhsil sisteminə sahibkarlıq düşüncə tərzinin inteqrasiyası şagird və tələbələrdə özünəinam, problem həll etmə və kreativlik bacarıqlarını inkişaf etdirir. Konfransda çıxış edən startap qurucuları öz təcrübələrini paylaşaraq, gənc nəslin təşəbbüskar olmasının vacibliyini vurğulayılar. Rəqəmsal platformalar və sosial şəbəkələrin biznes qurmaqda necə effektiv alətlərə çevrildiyi barədə praktiki nümunələr təqdim olunur. Müxtəlif ölkələrdən iştirak edən ekspertlər qlobal trendləri və uğurlu sahibkarlıq təşəbbüslərini nümayiş etdirirlər. Müasir dünyada sahibkarlıq yalnız iqtisadiyyatın deyil, həm də təhsilin vacib komponentinə çevrilmişdir. Startaplar – innovasiyaların təcəssümüdür: sürətli inkişaf, problem hədəfləmə və kreativ həll yolları. Gənclərin erkən yaşdan sahibkarlıq düşüncəsinə yönəldilməsi gələcək iqtisadiyyatların dinamikliyini təmin edir.

Startapların İnkişafını Dəstəkləyən Faktorlar – Texnoparklar, inkubatorlar, akselera­torlar (məsələn: SUP VC, Barama, Innoland); Universitetlərin nəzdində yaradılan “Innovation Hub”lar

Maliyyə və Hüquqi Dəstək – Dövlət və özəl qrant proqramları (e.g. SABAH.HUB, İNNOLAND, I2B); Vergi güzəştləri və hüquqi mentorluq xidmətləri

Mentorluq və Networking – Yerli və beynəlxalq mentorlarla gənc startapçıların əlaqə­ləndirilməsi; Startup ekosistemində keçirilən tədbirlər (Startup Weekend, INNOSTART, İ2B yarışları)

Təhsildə Sahibkarlıq Bacarıqlarının Aşılanması – Məktəb və Universitet Səviyyəsində:

STEAM yanaşması çərçivəsində layihə əsaslı təlimlər

Təhsildə problem əsaslı öyrənmə – “real həyat məsələlərinin” həlli

Biznes plan yazma bacarığı, təqdimat bacarığı, “pitch” texnikaları

Əlavə Proqramlar:

“Edupreneurship” kursları – müəllimlər üçün sahibkarlıq bacarıqları

Startap yönümlü yay məktəbləri və təlim düşərgələri

Gənc sahibkarlar üçün biznes simulyasiyaları

Bəs qarşida duran çağirişlar hansılardır:

Təhsildə risk götürmə mədəniyyətinin yüksəldilməsi;

Müəllimlərin sahibkarlıq sahəsində hazırlığının artırılması;

Startap ideyalarının kommersiyalaşdırılmasında çətinliklərin həlli;

Gənclərin davamlılıq və layihə menecmenti bacarıqlarının formalaşdırılması.

Bunun üçün aşağıdakı tədbirlərin görülməsi vacibdir: Təhsil proqramlarına “sahibkarlıq modulu” əlavə edilməli; Startapların ilkin mərhələdə dəstəklənməsi üçün universitet fondları yaradılmalı; Region gəncləri üçün sahibkarlıq təşəbbüsləri artırılmalıdır. Startap və sahibkarlıq bacarıqları XXI əsrin əsas təhsil prioritetlərindən biri olmalıdır. İnnovasiyaya açıq, yaradıcı, risk alan və sosial məsuliyyət daşıyan gənclər yetişdirmək üçün təhsil sistemi bu bacarıqları sistemli şəkildə formalaşdırmalıdır. Qarşıda duran vəzivələrin həyata keçirilməsi üçün, əlbəttə yaradıcı təfəkkür və təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq konfranslarda bunun üçün münbit şərait yarandığından yenilikçi tədqiqatçılarla bu sahədə müzakirələr yeni layihələrin yaranmasına təkan verir. Gələcək nəsillərin inkişafını təmin etmək üçün bütün səy və bacarıqların artırılması qayğısına qalmalıyıq.

Top