Weather Data Source: havadurumuuzun.com

Qazi Sultanov Ziyadxan Arif oğlu

UNUTMAYAQ- TANIYAQ VƏ TANIDAQ

Qarabağ müharibəsi qəhrəmanları

Qazi Sultanov Ziyadxan Arif oğlu

 

        Zəfərimiz Sərvətimiz xalqımızın, dövlətimizin varlığıdır! Gözün aydın Azərbaycan Dünyası! Qələbələrl icərisində Ən böyük Qələbə Zəfər günün ! Möhtəşəm Qələbədə hamımızın payı var! Vətən həmişə igid, qorxmaz oğulların çiynində dayanıb! Torpaqlarımızın azad olmasında iştirak edən hər gəncimizin göstərdiyi igidlik və şücaət Qürurvericidir! Qorxmaz oğulların düşmən üzərində çalınmış qələbədə rolu bir nümünədir.

  Unutmaq olmaz:-Xalqımıza Zəfər gününü yaşatmaq üçün minlərlə Şəhidi olan oğülları, Qaziləri, on minlərlə qətlə yetirilən günahsız insanları, qocaları, qadınları, körpələri, viran edilmiş torpaqları! Məkirli cəllad olan, yeri yurdu olmayan, malına, mülkünə, sərvətinə, mənəviyyatlına, zərbələr vuran, niyyətindən bir anda olsa çəkilməyən düşməni Unutmayaq!

Vətən Sevdalı oğullar!Vətən həmişə igid, qorxmaz oğulların çiynində dayanıb! Torpaqlarımızın azad olmasında iştirak edən hər gəncimizin göstərdiyi igidlik və şücaəti Qürurvericidir!

Qorxmaz oğulların düşmən üzərində çalınmış qələbədə rolu bir nümünədir.

       Unutmaq olmaz!Unutsaq unudularıq! Övladı Şəhid və qazi olan valideynlərin istəyi:- Diqqət və qayğı, övladlarnın yad olunması təskinlikləridir! Mənəvi dəstəyə ehtiyacları var! Bütün Şəhidlərin,o,cümlədən yeganə övladını itirən valideynlərə səbr diləyirik!

Düşməni məhv etməyə gücümüz yetərlidir!

Azərbaycan Ordusu qüdrətlidir!

Düşməni diz çökdürən,

Ağ bayraq qaldırmağa məcbur edən oğullar!

Şəhid olub, Qazi olan Oğullar!

       Cənnət  Məkan Qarabağ  torpaqlarının mənfur düşmən tapdağından azad olunması Azərbaycan respublikasının sərhədlərinin bərpası, torpaqlarımızın  mənfur düşmən tapdağından  təmizlənməsi, yeni Tarixin yazılması ,Xalqın, Ordunun, Güclü liderin birliyinin təntənəsidir!

 

     Bir zaman tarix dərslərindən qiymət almaq üçün mücadilə aparan ölkə gəncləri tarix yazmaq üçün Qarabağa, Şuşada, Xankəndində və əzəli torpağlarımızda yeni hərb tariximizin binövrəsini qoydular.Tarixin canlı şahidlərindən biri, cəngavər  gəncimiz Sultanov Ziyadxan Arif oğlun həyat hekayəsi ilə sizləri tanış edirik. Biz hər birimiz Ziyadxanı və onun kimi Vətən mücahidi olan qazilərimizi  tanımalı və onları nəinki ölkəmizdə hətta ölkə hüdudlarından kənarda da tanıtdırmalıyıq. Ziyadxan Sultanov 1997-ci il noyabr ayının 16 -da Abseron rayon Mehdiabad qəsəbəsində  dünyaya göz açmışdır. 2004- cü ildə Mehdiabad qəsəbə  1 saylı orta məktəbində , Mehdiabad musiqi məktəbində  skripka musiqi aleti uzre təhsil almışdır. Musiqiyə olan marağı onu rayon uzrə keciriləm konsertlərdə, tədbirlərdə yüksək pilləyə çıxardır və dəfələrlə  mükafatlandırılır.  Ziyadxanda  vətənpərvərlik hissləri hələ uşaqlıqdan baş qaldırmışdı. O, qorxmaz və cəsarətli idi. Bu onun uzun müddət  güləş idman növü ilə məsgul olmasından da qaynaqlanırdı. Dəfələrlə  rayon birincisi və.s mukafatların qalibi olmuşdur. 2015-ci ildə məktəbi bitirən Ziyadxan  Turkiyə Dumlupınar Universitetinin Kamu yonetimi Fakultesine qəbul olur.  Daxilindəki Vətən eşqi onu oxuduğu universiteti dondurub Bakı şəhərinə gəlməyə və   əsgəri xidmətə getməyə ruhlandırır. O hərbi xidmətə olduğu müddətdə Kəşfiyatcı Manqa Komandiri vəzifəsini icra edir. 2018 – ci ildə əsgəri xidmətini başa vurur. 2020-ci ilin  iyul hadisələri zamanı  könüllü orduya yazılır  lakin cagiriş olmadığından Bakı şəhərində qalır. Ziyadxan yenidən öz yarım qalmış təhsilini davam etdirmək üçün  Turkiyəyə dönmək iqtidarında ikən 2020-ci il sentyabr ayinin 21- i yenidən səfərbərlik uzrə çağırışa  səs verir və ön cəbhəyə yollanır. N saylı hərbi hissənin kəsfiyyat bölüyü manqa komandirliyi vəzifəsi ilə haqq savaşına qoşulur. Sentyabr ayının  27-si doyuslərə qoşulan Ziyadxan  Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə fəal istirak edir. Fizuli istiqamətində gedən qızğın döyüşlər  zamanı mənfur düşmənin istiqamətləndirdiyi  mərminin partlaması nəticəsində sağ ayağından travma alır. Özünə gələn Ziyadxan yenidən yüksək əzmlə, iradə ilə döyüşlərə davam edir və  Xocavənd istiqamətində hücum zamanı Ural markalı avtomobilin  düsmən tərəfindən  partladılması nəticəsində ağır yaralanır. Doqquz kəsfiyat masınından biri movqeye cata bilir, səkkizi   isə dusmən tərefinden siradan çıxarılır. Ziyadxan düz üç gün  yaralı vəziyətdə neytral zonada qalır, olmazın ağrı və çətinliklə qarşı-qarşıya olur. Öz iradəsi, əzmi, Vətən yanğısı, fiziki sağlamlığı  ona güç, yaşam stimulu verir. Üç  gün  sonra rəşadətli ordumuz tərəfindən düşmənin mövqeləri , həmən ərazilər darmadağın edilir və Ziyadxan yaralı vəziyyətdə ərazidən  çıxarılır. Onu qospitala göndərmək istəsələr də özü buna etiraz edir və arxa cəbhəfə qalır, yardımlar göstərildikdən və özünə gəldikdən sonra yeniden öz xahişi ilə ön  cəbhəyə getmək istəyini komandirinə bəlli edir və onun təkidi ilə Ziyadxanı ön cəbhəyə  yola salırlar. Noyabr ayının  dördünə  kimi gərgin  döyüşlərdə iştirak edir və növbəti hücum zamanı minamyotun partlaması nəticəsində kəllə  beyin travmasi  alır  və səhəti ağırlaşır. Onu  Fizuli Rayon Mərkəzi  Xəstəxanasına , bir  gün  orda qaldıqdan sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına gətirilir. Üç gün  sonra Papanin Hərbi Hospitalına ordan isə Əsəb Dispanserinə aparılır və mualicə aldıqdan  sonra yaşadığı ünvana göndərilir.Ziyadxan sağlamlığı bahasına əldə olunan qələbəmizin şirinliyini yaşayırdı. Vətən qazisi  üçüncü  qrup əlildir.   Ali Baş Komandanımız tərəfindən müvafiq sərəncamlara uyğun olaraq Fizulinin və Xocavəndin alınmasına görə  Vətən  müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Prezident təqaüdçüsüdür. Qazimiz Ziyadxan ailə həyatı qürur. Allah sağlam ömür, xöşbəxtlik nəsib etsin!

 

 

 

Zülfiyyə Vəliyeva

Respublikanın Əməkdar Müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

Top