Abdullayeva Zərifə Peyman qızı – Uğura gedən yolda yeni bir mərhələ

Abdullayeva Zərifə Peyman qızı – Uğura gedən yolda yeni bir mərhələ
Sevinc və qürur dolu anlardan biri də gənclərimizin öz arzularına doğru addım-addım irəliləməsidir. Abdullayeva Zərifə Peyman qızı da bu uğur yolunda böyük bir addım ataraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub. Bu, onun illərlə göstərdiyi zəhmətin, çalışqanlığın və məqsədyönlülüyün gözəl bir bəhrəsidir.
Zərifə balamız həmişə biliyə olan marağı, əzmi və mübariz ruhu ilə seçilib. O, heç bir çətinlik qarşısında geri çəkilməyib, hədəfinə doğru səbrlə və inamla irəliləyib. Bu uğur isə yalnız bir başlanğıcdır – qarşıda onu daha böyük nailiyyətlər, yeni zirvələr və parlaq gələcək gözləyir.
Əziz Zərifə, həyatının yeni mərhələsi olan tələbəlik illərində sənə bol-bol uğurlar, daim yüksələn nailiyyətlər və həyata keçirəcəyin böyük layihələr arzulayırıq. İnanırıq ki, sən gəncliyinin enerjisi, zəhmətin və biliyə sevginlə həm ailənin, həm də xalqımızın qüruruna çevriləcəksən.
Uğur yolunda atdığın hər addım işıqlı, sabahların ümid dolu olsun!
Səmimi təbriklə:
Pərvanə Salmanqızı.
İctimai xadim, jurnalist, şair-publisist.


