Weather Data Source: havadurumuuzun.com

Ad gününüz – şad gününüz mübarək! “Xalqımızın Mehribanı”!

Ad gününüz – şad gününüz mübarək! “Xalqımızın Mehribanı”!
Bu gün Azərbaycanın Birinci Xanımı, Respublikanın Birinci Vitse-prezidenti – Xanım Mehriban Əliyevanın ad günüdür. Mehriban xanım Əliyevanın həyat yoluna nəzər salarkan, Onun ən yüksək insani keyfiyyətlərini rəhbər tutmaqla, yerli və beynəlxalq səviyyədə nümunəvi iş qadını, gözəl ailə başçısı kimi fəaliyyətini nəzərdən keçirəndə – bu Azərbaycan Xanımından bəhrələnməməyə, Onunla fərəhlənməməyə bilmirsən. Xanım Mehriban Əliyevanın həyat və yaradıcılıq fəaliyyəti haqqında yazılan saysız-hesabsız kitabların və məqalələrin hər birini oxuyarkən, insanın ilk diqqətini cəlb edən məqam hər bir müəllifin Mehriban xanımın məhz insana sevgisindən sadəliyindən, təvazökarlığından yazdıqları diqqət çəkir.
Xanım Mehriban Əliyeva hər bir müraciətində, paylaşımlarında sonda belə imza edir: “Sizin Mehriban”. Bu sadə, səmimi müraciət forması Onun hər bir vətəndaşa necə qayğı ilə yanaşdığının, xalqın Ona olan sevgisinin zərurətidir. Müasir tariximizin ən güclü qadınının – ən ümdə vəzifəsi Mehriban və səmimi olmaqdır. O, öz adı və şəxsiyyəti ilə cəmiyyətə ümid, inam, mərhəmət, xeyirxahlıq nuru paylayır. Xanım Mehriban Əliyeva işıqlı siması və əməlləri ilə bütöv bir xalqın qəlbində özünə əbədi bir taxt qurmuşdur. Azərbaycan xalqı inanır ki, “Bizim Mehriban” gələcəyimizin etibarlı qarantlarındandır.
Azərbaycanın Birinci Xanımı -Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onunla hər zaman bərabər addımlayan ehtibarlı silahdaşıdır. Vətəni, xalqı üçün çalışmaq, insanları təmənnasız sevgi ilə qidalandırmaq, ən ali və yüksək insani dəyərlərə malik olmaq çətin də olsa, bütün bunlar Xanım Mehriban Əliyevaya məxsusdur. O, hər bir insanın qəlbində böyük mərhəmət işığını yandıra bilir. Əlbəttə ki, ”Sizin Mehriban” əbəs yerə işlədilmiş ifadə deyil. O, həqiqətən də xalqla birgə yaşayır. Vətən müharibəsi dövründə bunun bir daha şahidi olduq.
2024-cü ildə Xanım Mehriban Əliyevanın yubileyinə həsr etdiyimiz – redaktoru olduğum, müəllif hüquqşünas, xeyriyyəçi Arzu Fərəcovanın yazdığı “Zamana sığmayan ömür” kitabında Xanımın fəaliyyətini dövlətçilik və qanunçuluq ətrfında gördüyü işlərə həsr etdiyi heç də təsadüfdən yaranmayıb. Bizim də gördüyümüz xeyriyyə işlərinin əvvəlində ilahi saydığımız Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı -Xanım Mehriban Əliyeva dayanır. Tarix boyu Azərbaycan qadını şair, müdrik hökmdar, ana kimi tanınmışdır. Bu nöqteyi nəzərədən, Azərbaycanın Birinci Xanımı -Xanım Mehriban Əliyevanın çoxşaxəli yaradıcılığı diqqət mərkəzindədir. Azərbaycan xalqının sədaqətli Övladına – Xanım Mehriban Əliyevaya sağlıqlı ömür, yaradıcılıq fəaliyyətinin daha da şaxələnməsini arzulayan – hörmətlə: Miyonçu-xeyriyyəçi, İctimai xadim Ağa Musa Nağıyevin nəvəsi – Tərəqqi medallı, tarix ü.f.d., yazıçı, “MDQ” İB sədri – Dilarə Ağamusa Nağıyeva.

Top