Weather Data Source: havadurumuuzun.com

Pərvanə Salmanqızı yazır

 

Sınaqlardan Doğan İnsan

Bəzən Allah sevdiyi bəndəsini sınaqlardan keçirir – çünki o sınaqların arxasında ən ali mükafat gizlənir. İmtahanlar insanı sınamaq üçün deyil, onu ucaldatmaq, gücləndirmək və qəlbinin dərinliyində gizlənmiş işığı üzə çıxarmaq üçündür.

Mən də həyatımın imtahanını yaşayıram. Hər bir ağrı, hər bir çətinlik, əslində, ruhumun təmizlənməsi və yenilənməsidir. Mən bilirəm ki, Rəbbim nə edirsə, gözəl edər. O, bəzən qəlbimi sınayır, amma eyni zamanda mənə ən doğru yolları göstərir.

Bu yolda tək limanım Ondur. Çünki O, hər fırtınadan sonra sükunət, hər qaranlıqdan sonra işıq bəxş edən yeganədir. Zoru aşmaq asan deyil, amma hər addımımda Allahın mənimlə olduğunu hiss etmək, mənə güc verir.

Sınaqlarımın sonunda nə olacağını bilmirəm, amma inanıram ki, Allahın yazdığı hər şeyin sonu xeyirlidir.

Pərvanə Salmanqızı – İnsan

 

Top