Tarixi Yazmağa Davam Edirik!

Tarixi Yazmağa Davam Edirik!
Eşq olsun Prezidentimizə! Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycan xalqına!
Bu gün biz təkcə bir xalqın deyil, bütün bir millətin tarixini yazırıq. Bu tarix qəhrəmanlıq, milli birlik və əzm tarixidir. Bu tarix, Vətən torpaqlarının hər qarışını canı, qanı bahasına qoruyan igid oğul və qızlarımızın tarixidir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və sarsılmaz iradəsi sayəsində Azərbaycan dünya miqyasında haqqı ilə tanınan, güclü və nüfuzlu bir dövlətə çevrilib. Bizim Zəfər tariximiz — təkcə hərbi qələbə deyil, həm də milli qürurun, milli dəyərlərin təntənəsidir.
Bu yolda Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Dövlət və xalq birliyinin möhkəm təməlləri sayəsində biz həm müstəqilliyimizi qoruduq, həm də əbədi olaraq tarixə şanlı səhifələr yazdıq.
Bu gün Qarabağda azan səsləri yenidən ucalır, üçrəngli bayrağımız qürurla dalğalanır. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki biz söz verdik və yerinə yetirdik: Qarabağ Azərbaycandır!
Milli dəyərlərimizi qorumaq — bu gün hər birimizin müqəddəs borcudur. Bu dəyərlər bizim kökümüz, kimliyimiz, gələcəyimizdir. Dövlətimizin gücü də məhz bu dəyərlərə sahib çıxmağımızdan gəlir.
Biz tarix yazmağa davam edəcəyik!
Çünki biz güclüyük!
Çünki biz birik!
Çünki biz Azərbaycanıq!
Dilarə Nağıyeva
Milli Dəyərlərin Qorunması İB sədri


