İlham Əliyev dedi! İlham Əliyev etdi!

İlham Əliyev dedi! İlham Əliyev etdi!
Azərbaycanın müasir tarixində liderlik nümunəsi olan Prezident İlham Əliyev illərlə verdiyi sözləri ardıcıl şəkildə həyata keçirməklə, xalqına və dövlətinə sadiqliyini bir daha sübut etdi. Onun siyasi fəaliyyətində bir prinsip var: dediyini etmək, etdiyi ilə tarix yazmaq.
İllər öncə səsləndirdiyi hədəflər bu gün gerçəkliyə çevrilib. Azərbaycan torpaqlarının işğaldan azad olunması, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi — bunlar təsadüfi deyil, ardıcıl, uzaqgörən və qətiyyətli siyasətin nəticəsidir.
O, təkcə dövlət başçısı kimi deyil, həm də milli iradənin, birlik və gücün rəmzi kimi yadda qaldı. “Azərbaycan güclü dövlətdir və öz haqqını özü təmin edəcək” deyən İlham Əliyev bu sözün arxasında dayandı, xalqını Zəfər yoluna çıxardı.
Bu gün tarix göstərir ki, İlham Əliyev yalnız lider deyil, həm də milli yaddaşımızda sözün və əməlın bütövlüyünü qoruyan nadir şəxsiyyətlərdəndir. Onun dediyi hər bir kəlmə, atdığı hər bir addım Azərbaycanın gələcəyinə işıq saçır.
İlham Əliyev dedi! İlham Əliyev etdi! – və tarix bunu unutmayacaq.
Pərvanə Salmanqızı,
İctimai xadim, jurnalist, şairə-publisist


