AZƏRBAYCANIN QÜRUR SƏDASI ANKARADA UCALDI

AZƏRBAYCANIN QÜRUR SƏDASI ANKARADA UCALDI
26 iyul tarixində Türkiyənin gözəl Ankara şəhərinin Beypazarı rayonuna qədəm qoyan Azərbaycanın Azad Rəqs Ansamblı, qardaş ölkənin müxtəlif bölgələrində milli mədəniyyətimizi sevgi və ustalıqla təqdim etdi.
29 iyul 2025-ci ildə start götürən II Uluslararası Halk Dans ve Müzik Festivali çərçivəsində ansamblın çıxış marşrutu belə oldu:
29.07.2025 – Beypazarı Meydanı
30.07.2025 – Güdül
31.07.2025 – Nallıhan
01.08.2025 – Ayaş
02.08.2025 – Yenidən Beypazarı
03.08.2025 – Ankara Mərkəz
Hər səhnədə, hər addımda Azərbaycan bayrağı ucalarda dalğalanaraq tamaşaçıların könlünü fəth etdi. Cəmi 15 dəqiqəlik, amma dərin mənalı proqramla milli geyimlərimiz, ritmlərimiz və rəqs ahəngimiz təqdim olundu. Ansambl, zövqlə seçilmiş xalq rəqsləri ilə Azərbaycanın zəngin mədəni irsini və tarixi ruhunu səhnəyə daşıdı.

Festival boyu Azad Rəqs Qrupunun bədii rəhbəri Rəhim Azad oğlu Babayev və fədakar heyəti, sənətinə və vətəninə olan sevgini hər bir hərəkətində nümayiş etdirdi. Onların hər çıxışı həm dostluq körpüsünü möhkəmləndirdi, həm də Azərbaycanı beynəlxalq səhnədə bir daha tanıtdı.
Bu festival bir daha göstərdi ki, musiqi və rəqs – millətlərin qəlbini birləşdirən ən güclü dildir. Azad Rəqs Ansamblı, bu dilin ən gözəl tərcümanlarından biri olaraq Azərbaycanın səsini Ankara səmasında gur səsləndirdi.
Azərbaycanın qüruru olan bu sənətkarlar, bir daha göstərdilər ki, harada səhnəyə çıxsaq, orada Azərbaycan nəfəsi duyulacaq, Azərbaycan sevgisi yaşanacaqdır.
—
Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist, şairə-publisist


