Güllənin dayandıra bilmədiyi qəhrəman

Fotoqraf Nurəhməd Vəliyev
*Güllənin dayandıra bilmədiyi qəhrəman*
( _Qazi Adil Quliyev haqqında_ )
Salam, mənim üçün çox əziz olan, Azərbaycanı sevən azərbaycanlılar, hər vaxtınız xeyir,günləriniz biri-birindən uğurlu olsun, sizlərə 27 il əvvəl 21 avqust 1993 cü il məhz günün bu saatlarında rayonumuzda (Füzuli rayonunun Dədəli kəndi) deyilən bir məkanda baş vermiş qürurverici bir əhvalatı nəql etmək istəyirəm. Mənim yaralı olduğumu nəzərə alıb rota komandirimiz Adil Quliyev məni yaramın sarınması üçün 19 avqust 1993- cü il günün 2-ci yarısı Füzuli şəhərindən evə yola saldı və mən 21 avqust 1993 cü il səhər tezdən Füzuli şəhərinə qayıtdım. Bizim Gövşad rotamızın uşaqları rayonumuzun girişində, Dövlətyarlı kəndi dairəsində deyilən yerdən Füzuli şəhərinin mərkəzində yerləşən “Şəlalə” restoranı adlanan məsafədə nəzarət edirdik. Hərbi hissənin qərərgahı onda Merdinli kəndində idi.Biz bir neçə nəfər şəhəri gəzərkən rayonun girişi “Yağ-pendir” zavodu deyilən yerdə rota komandirimiz Adil Quliyev,Xankişi Kərimov,Malik Hacıyev və Akif Eyvazova görüşdük.Burada o vaxt “Araz” qəzetinin nəşriyyat rəhbəri olan Oktay Əliyev də gəlmişdi. O, nəşriyyatda mühüm sənədlərin qaldığını və onların oradan çıxarılması ilə bağlı gəlmişdi.Vəziyyət çox qorxulu olduğundan Xankişi Kərimov onunla nəşriyyata getdi. Adil,Malik və Akif isə Malikin Qaz- 24 taksi maşını ilə 20 avqust 1993-cü il Dədəli dairəsində yerləşdirilmiş bir tank 20 nəfərdən ibarət Sumqayıt hərbi polisin uşaqlarına baş çəkməyə getdilər. Biz isə şəhəri gəzirdik.Təxminən 1 saatdan bir az artıq vaxt keçmişdi xəbər gəldi ki, Adil Quliyev ağır yaralanıb, biz nəqliyyat olmadığından Dədəli kəndi istiqamətinə qaçmağa başladıq.O vaxt “Aqroprom” deyilən idarənin qarşısında onlarla rastlaşdıq.Maliklə Akif onu çiyinlərində çox çətinliklə (hətta Çərəkən çayının içində ağrıdan tab gətirə bilmədiyindən və qürurundan Akif məni qoyun yerə onsuz da ölürəm və Akif isə ağlayaraq) onu qışqıra, qışqıra gətirirdilər. Adil ölüm ayağında idi, qarın nahiyəsindən aldığı güllə yarasından çoxlu qan itirmişdi,onu aparmaq mümkün olmadığından yaxındakı adı gedən idarə binasından uşaqlar bir oturacaq gətirdilər və çətində olsa onu oturacaqda oturtduq amma sanki son dəqiqələrini yaşayırdı. Nəqliyyat olmadığından çaşbaş qalmışdıq.Bu anda “Yağ- pendir” zavodu tərəfdən çox sürətlə ZİL-131 markalı bir maşın gəlirdi,uşaqlar onun saxlamayacağını hiss edib avtomatı onun üzərinə tutdular o tez maşını saxladı və Adili maşına qoyub hərbi hospitala yolladıq. Orada qalan Ağalar Xudiyev adında döyüş yoldaşım və yadımdan çıxanlar da var bağışlasınlar….
Adil qardaşım neçəncidi deyə bilmirəm, amma çoxsaylı ad günlərindən bugünkü ad gününü təbrik edirəm,səni bağrıma basıb öpürəm VƏTƏNİMIZ AZƏRBAYCANIN TORPAĞI kimi və sənə sağlam,xoşbəxt Qarabağlı ömür yaşamağı ULU TANRIDAN arzu edirəm.”
_Hörmətlə həyat qardaşın Nurəhməd Vəliyev._


