Vətən müharibəsinin igid şəhidi – Abbasov Elvin Səxavət oğlu

Vətən müharibəsinin igid şəhidi – Abbasov Elvin Səxavət oğlu
Abbasov Elvin Səxavət oğlu doğulduğu gündən ailəsinə, yaxınlarına sevinc və qürur gətirmişdi. O, Vətənini sevən, millətinə sədaqətli bir övlad kimi böyüdü. Hələ uşaqlıqdan dürüstlüyü, mərdliyi və təvazökarlığı ilə seçilən Elvinin ən böyük arzusu torpaqlarımızın azad və bütöv görmək idi.
Elvin gənclik illərindən Vətən sevgisi ilə yoğrulmuşdu. O, hər zaman xalqının dəyərlərinə sahib çıxan, milli ruhlu bir gənc idi. Həyatın ən gözəl çağında – 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində bir an belə tərəddüd etmədən döyüşlərə qatıldı. Əsgər kimi yalnız torpaqlarımızın azad olunması uğrunda mübarizə apardı və hər addımında böyük qətiyyət nümayiş etdirdi.
Elvin döyüş meydanında igidliyi ilə seçilən qəhrəmanlardan idi. Döyüş yoldaşları onunla qürur duyurdu. O, hətta ən çətin məqamlarda belə ruhdan düşməz, “Biz bu torpaqlar üçün canımızı fəda etməyə hazırıq” deyərdi. 44 günlük müharibə zamanı göstərdiyi şücaət, mərdlik və Vətənə sədaqəti onu qəhrəmanlıq zirvəsinə ucaltdı. Təəssüf ki, Abbasov Elvin Səxavət oğlu bu müqəddəs yolda – torpaq uğrunda döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.
Elvinin şəhidlik xəbəri bütün doğmalarını, dostlarını, sinif yoldaşlarını, onu tanıyan hər kəsi sarsıtdı. Lakin bu eyni zamanda bir qürur da idi. Çünki Elvin öz canını Vətən uğrunda fəda edən igidlər sırasında adını əbədiləşdirdi. Onun ruhu bu torpaqlarda əbədi yaşayır, adı isə tariximizin şərəfli səhifələrində yazılıb.
Şəhidimizin igidliyi yüksək qiymətləndirildi. Abbasov Elvin Səxavət oğlu Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltif edildi. Bu təltiflər yalnız bir qəhrəmanlıq nişanəsi deyil, həm də onun mübarizəsinin və fədakarlığının təsdiqidir.
Bu gün Elvinin məzarı bir and yeridir. Onun xatirəsi təkcə ailəsi və yaxınları üçün deyil, bütün Azərbaycan üçün əzizdir. O, gələcək nəsillərə Vətən sevgisini, mərdliyi və qorxmazlığı ilə örnək oldu.
Elvin, sənin ruhun əbədi yaşayacaq. Sən bu torpaqların azadlığı, millətin şərəfi üçün canını fəda edən qəhrəman kimi unudulmayacaqsan.
Ruhun şad, məkanın cənnət olsun, igidimiz!
Dərin hörmətlə və ehtiramla:
Pərvanə Salmanqızı


