Dəyərinizi bilməyən insanlar üçün boşuna mübarizə aparmayın.Onları layiq olduqları insanlarla baş-başa buraxın və gedin

Dəyərinizi bilməyən insanlar üçün boşuna mübarizə aparmayın.Onları layiq olduqları insanlarla baş-başa buraxın və gedin
Bax belə, insan həyatında ən vacib olan dəyərlərdən biri özünü tanımaq və öz dəyərini bilməkdir. Əgər bir insan sizin varlığınızı, qəlbinizin saf sevgisini və yaxşı niyyətlərinizi görməzlikdən gəlirsə, demək ki, sizinlə birgə yol getməyə layiq deyil.
Dəyərinizi bilməyən insanlar üçün boşuna mübarizə aparmaq sadəcə vaxt itkisi deyil, həm də ruhunuzu yoran bir yükdür. İnsan istər dostluqda, istər sevgidə, istərsə də digər münasibətlərdə qarşılıqlı hörmət və dəyər görməlidir. Əks halda bu münasibət tək tərəfli olur və siz öz gücünüzü, enerjinizi tükədərək qarşı tərəfə daha çox şans vermiş olursunuz.
Unutmayın ki, sizin qiymətinizi anlamayan insanlar, həyatın bir nöqtəsində layiq olduqları insanlarla baş-başa qalacaqlar. Siz isə o zaman çoxdan öz yolunuza işıq saçan, dəyərinizi bilən, sizə həqiqi sevgi və hörmət göstərən insanların yanına doğru addımlamış olacaqsınız.
Özünüzü sevin, dəyərlərinizi qoruyun və heç kimin sizə “az” olduğunu hiss etdirməsinə icazə verməyin. Çünki sizin dəyəriniz başqalarının baxışı ilə ölçülməyəcək qədər böyükdür.
Dəyərlərini bilən insanın həyatında bir məqam gəlir ki, artıq kimə ürəyini açacağını, kimə yol göstərəcəyini, kim üçün mübarizə aparacağını çox yaxşı seçir. Çünki hər dəfə dəyərsiz münasibətə enerjisini xərcləyən insan bir az da yorulur, bir az da ruhən tükənir.
Əgər qarşınızdakı sizin varlığınızı, fədakarlığınızı, sevgidəki səmimiyyətinizi görmürsə, ona özünüzü sübut etməyə çalışmağa dəyməz. Bilməlisiniz ki, dəyərinizi görməyən insanlar üçün çəkdiyiniz hər zəhmət yalnız öz ruhunuzu yandırır. Onları öz seçimləri ilə, layiq olduqları insanlarla baş-başa buraxın. Çünki həyatın ən gözəl ədaləti odur ki, hər kəs sonunda seçdiklərinin və layiq olduqlarının nəticəsini yaşayır.
Siz isə yolunuza davam edin… Qəlbinizdə işığınızı söndürmədən, öz dəyərinizi itirmədən, sizi anlayacaq, sizin varlığınızı qiymətləndirəcək insanlarla bir yolda irəliləyin. Unutmayın, dəyəriniz başqalarının görə bilmədiyi qədər böyükdür və bu dəyəri anlamayanların həyatınızda yeri olmamalıdır.
Siz özünüzü sevib, öz dəyərinizi qoruduqca həyat da sizi həqiqətən dəyərli olan insanlarla birləşdirəcək.
İmza:Pərvanə Salmanqızı


