Doğum Gününüz Mübarək, Elşad müəllim!

Doğum Gününüz Mübarək, Elşad müəllim!
Bu gün Azərbaycan cəmiyyətində sözün gücünü əmələ, həqiqəti informasiya vasitəsilə xalqa çatdıran dəyərli bir şəxsiyyətin – DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin doğum günüdür.
Elşad müəllim, Sizin informasiya təhlükəsizliyimiz, ictimaiyyətin düzgün və çevik məlumatlandırılması, dövlət və vətəndaş arasında şəffaf informasiya körpüsünün qurulmasında göstərdiyiniz fədakar xidmətləriniz əvəzsiz və misilsizdir. Siz həm də sözə və səslə deyil, əməl və əxlaqla danışan bir dövlət adamı obrazısınız.
Dövlətə sədaqət, cəmiyyətə dürüstlük və insanlara hörmət prinsiplərinizlə illərdir etibar qazanmısınız. Hər açıqlamanızda xalqı məlumatlandırmaqla yanaşı, təhlükəsizlik və etimad hissini də bərqərar edirsiniz. Gecə-gündüz demədən vəzifə borcunuzu yerinə yetirməyiniz, vətənə və dövlətə olan sədaqətiniz bu torpağın hər bir övladına nümunədir.
Doğum gününüz münasibətilə Sizə uzun ömür, möhkəm can sağlığı, ruh yüksəkliyi və xidmətlərinizdə daha böyük uğurlar arzulayırıq. Qələminiz iti, sözünüz aydın, yolunuz daim işıqlı olsun!
Azərbaycanın informasiya məkanında dürüstlük və şəffaflığın rəmzi olan Sizi tanımaq və dəyərləndirmək hər bir vicdanlı vətəndaş üçün şərəfdir.
Doğum gününüz mübarək olsun, Elşad müəllim!
İmza:Pərvanə Salmanqızı


