Weather Data Source: havadurumuuzun.com

Milli Mətbuat Günündə Kəlamı ilə İşıq Saçan Elçin İsmayıl oğlu Şıxlıya Dərin Sayğı ilə…

Milli Mətbuat Günündə Kəlamı ilə İşıq Saçan Elçin İsmayıl oğlu Şıxlıya Dərin Sayğı ilə…

22 İyul – Milli Mətbuat Günü təkcə tarixdə bir gün deyil, sözə, qələmin gücünə, həqiqət axtarışına, millətin vicdanına çevrilmiş insanların bayramıdır. Bu əlamətdar gündə Azərbaycanın söz mübarizlərindən biri, peşəkar jurnalistika ənənələrinin daşıyıcısı, vicdanlı və cəsarətli qələm sahibi Elçin İsmayıl oğlu Şıxlıya xüsusi ehtiramla təşəkkür edir, təbriklərimi çatdırıram.

“Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru kimi, Elçin müəllim illərlə qələmi ilə xalqın gözü, vicdanı, haqq səsi olmuşdur. O, Azərbaycan mətbuatının azad düşüncə tribunalarından birini yaratmış, sözün gücünü susdurulmaq istənilən səslərin üzərinə işıq kimi yönəltmişdir. Elçin Şıxlı təkcə jurnalist deyil – o, azad fikrin cəfakeşi, milli sözün keşiyində duran örnək bir ziyalıdır.

Azərbaycan Yazıçılar İttifaqının üzvü, Jurnalistlər Birliyinin sədri kimi dəfələrlə sübut etmişdir ki, jurnalistikanın təməlində vicdan dayanır. Bu gün onun timsalında mətbuatımızın vicdanını, şəxsiyyətini və sarsılmaz duruşunu görürük.

Bu müqəddəs gündə sizə – Elçin müəllimə möhkəm can sağlığı, ilham dolu ömür, sözün müstəqil yükünü daşımaqda güc və cəsarət arzulayıram. Sizin kimi insanlar var olduqca, Azərbaycan mətbuatı da azad, vicdanlı və haqq yönlü qalacaq.

Sözə şərəf gətirən böyük qələm sahiblərinə salam olsun!

Pərvanə Salmanqızı
Jurnalist,Yazıçı-publisist

Top