Weather Data Source: havadurumuuzun.com

Kimlər gəldi, kimlər keçdi bu dünyadan..

Kimlər gəldi, kimlər keçdi bu dünyadan...

Bu dünya nə ilk gələnindir, nə də son gedənin…
Zamanın çarxı dönür, ömür bir səssiz filmdir — səhnələr dəyişir, simalar silinir, adlar unudulur… Amma qalan tək bir şey var: insanın geridə buraxdığı iz, söylədiyi bir söz, toxunduğu bir qəlb…

Kimlər gəldi, kimlər keçdi bu həyatdan…
Taxtlarda oturanlar da getdi, çiyinlərdə daşınanlar da… Söz sahibləri, ürək sahibləri, haqsızlıq edənlər, dua edənlər… Heç kim bu həyatı özü ilə aparmadı, amma hər kəs bu dünyada bir iz buraxdı — ya nur kimi, ya da ləkə kimi…

Ömür bir nəfəs qədər qısa, bir baxış qədər sürətlidir… Amma insanlar sanki burda əbədi yaşayacaqmış kimi qırırlar, incidir, unutdular ki, bu dünya qonaqlıqdır – keçici və fanidir.

İnsan odur ki, iz qoysun… Amma o iz sevgi ilə yoğrulsun, xatirəsi dua ilə anılsın. Qəlbləri incitmək yox, yaraları sarmaqdır yaşamaq.

Bir gün biz də “keçənlərdən” olacağıq…
Və o zaman adımız deyil, əməlimiz danışacaq…

İmza:Pərvanə Salmanqızı

Top