Weather Data Source: havadurumuuzun.com

“Vətənimin seyrinə çağırıram elləri”

“Vətənimin seyrinə çağırıram elləri”

Qəlbində sevgi, könlündə mərhəmət gəzdirən hər kəsi səsləyirəm – gəlin, Azərbaycanı görün! Bu torpaq təkcə dağlarla, çaylarla, meşələrlə gözəl deyil… Bu torpaq əcdadımızın ruhu, şəhidimizin qanı, ana laylası, nənə duası, körpə gülüşü ilə müqəddəsdir.

Gəlin, bir millətin köklərindən ucalan əzəməti görəsiniz! Gəlin, hər daşında bir tarix, hər nəfəsində bir dastan yazılan bu vətəni yaşayasınız! Azərbaycan – qapısı açıq bir ocaqdır: hörmətlə gələnə izzət, dostluqla gələnə qucaq, mərhəmətlə gələnə sevgi bəxş edən bir yurd…

Bu torpaqda sülhün səsi Xəzərin dalğasıyla danışar, Kəpəz dağının zirvəsindən səmaya doğru yüksələr. Burda bayrağın kölgəsində çiçək açan arzular var, burda azadlıq nəfəs kimi alınıb verilir.

“Vətənimin seyrinə çağırıram elləri”
Gəlsin ürəyində insani dəyərlər daşıyan hər kəs!
Gəlsin sevgidən, əmin-amanlıqdan, bir də sədaqətdən anlayanlar!
Gəlsin, çünki Azərbaycan yalnız bir ölkə deyil — bir duyğudur, bir yaşam fəlsəfəsidir, bir tale yazısıdır!

Azərbaycanı görmək – təkcə gözlə deyil, qəlblə mümkündür…
Və bu qəlblə görənlər buranı bir daha tərk edə bilməz.

İmza:Pərvanə Salmanqızı 

Top