8 İyul tarixində Kolumbiya Respublikasının geniş tərkibli nümayəndə heyəti Milli Kitabxananın qonağı olub

Kolumbiya Respublikasının geniş tərkibli nümayəndə heyəti Milli Kitabxananın qonağı olub
8 iyul tarixində Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Luis Fernando Kuartas Ayala və Kolumbiyanın Azərbaycandakı Konsulu və mədəniyyət işləri üzrə məsul şəxs cənab Andres Felipe Giraldo Lopez Milli Kitabxananın qonağı olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.
Qonaqları salamlayan direktor Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın, dost münasibətdə olduğunu bildirib.
Görüş zamanı direktor hər iki ölkənin Milli Kitabxanalarında “Ədəbiyyat guşə”sinin açılmasının mümkünlüyü məsələsini qeyd edib.
Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub.
Sonda direktor prof. Kərim Tahirov qonağa Milli Kitabxananın nəşrlərindən “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası” fotoalbomu kitablarını və Azərbaycanın xəritəsini hədiyyə edib.




Səfir cənab Luis Fernando Kuartas Ayala isə Kolumbiya yazıçı və şairlərinin kitablarını Milli Kitabxananın fonduna hədiyyə edib.
Mənbə və ətraflı:


