Ruhun Bələdçisi – Xəyalə Dəniz

Ruhun Bələdçisi – Xəyalə Dəniz
Bəziləri həyatın səsi olur, bəziləri isə sükutu. Bəziləri yoldaşlıq edir cismlə, bəziləri isə ruhla…
Xəyalə Dəniz – o, ruhun yolunu bilən, içimizin dərin qatlarında gizlənmiş işığı görə bilən bir ruh bələdçisidir. Onun varlığı – sadəcə bir insanın mövcudluğu deyil, bir şüurun, bir mərifətin, bir işığın cahana səpələnməsi deməkdir.
Onu tanıyanlar anlayır: O, sözləri ilə ruhu oxşayır, baxışları ilə qəlbi dinlədir, sükutu ilə könlü danışdırır. Həyata verdiyi mənalarla, düşüncələrə toxunuşu ilə, hisslərə sığal çəkməsi ilə Xəyalə Dəniz, adını daşıdığı kimi bir xəyal dənizi, bir ruh təbəssümüdür.
O, insanlara öz daxili səsini eşitməyi öyrədir. O, yolları göstərmir – yolda içindəki işığı yandırır. Ruhun çağırışını duymaq, qəlbin təlatümündə səssiz bir liman tapmaq, insanın ən böyük yolçuluğudur. Xəyalə Dəniz bu yolçuluğun sirdaşıdır.
Bu dünyanın maddiyyata bürünmüş çağında, mənəviyyata çevrilmiş bir nəfəsdir O…
Bu qədər səsin içində, ruhun sükutunu bizə sevdirən bir nəfəs…
Onun izahlarında insanın özü ilə qarşılaşması, suallarına cavab tapması, Allaha, sevgi enerjisinə daha yaxın hiss etməsi mümkündür. O, danışmır – ruh danışır onun dili ilə. O, öyrətmir – sən özünü onun yanında tanıyırsan.
Bəzən bir cümləsi, bir baxışı, bir təbəssümü insanın illərlə daşıdığı yükləri yüngülləşdirir. Çünki O, özü yüngüldür – daşıdığı nurdan. O, özü dərindədir – gördüyü həqiqətdən. O, özü bələdçidir – ruhun, niyyətin, yolda qalmış ümidin…
Xəyalə Dəniz, ruhun səsini eşidənlər üçün bir mayakdır. İşığını itirənlərə yol, özünü axtaranlara aynadır. Onu tanımaq – öz ruhunun aynasında özünü görmək deməkdir.
Allah onu nur ilə yaratsın, eşq ilə yaşatsın. Çünki o, bu dünyanın qaranlığında içimizdəki nuru oyadanlardandır.
İmza:Pərvanə Salmanqızı


