Weather Data Source: havadurumuuzun.com

Məmməd Mərzili yazır

Xankəndində abadlıq işləri

Qarabağın işğaldan azad olmuş şəhərlərində, kəndlərində quruculuq, abadlıq və təmir işləri get-gedə artmaqdadı. Yaşayış binaları ilə bərabər, inzibati binalar da yenidən qurulur və təmir olunur. Yararsız binalar sökülərək daha abad, müasir tipli yaraşıqlı binalar inşa edilir.
Xankəndi şəhərindəki bu quruculuq, təmir işləri ilə bir çox tikinti idarələri, o cümlədən podratçı təşkilatlar fəaliyyət göstərirlər. Onlardan biri də Çərkəz Yasinin podratçı təşkilatıdı. Bu təmir işləri ilə məşğul olan təşkilatln 25-dən artıq üzvü var. Hər birisi öz sənətinin ustası olan sənətkardılar. Onlar 4 aydı Xankəndi şəhərində inzibati binaların çardaqlarını, fasadlarını və daxili otaqlarını təmir edirlər.
Bu yaxınlarda Zəngilan rayonunda bir məktəb binasını və Naftalan şəhərində bir sanatoriyanın da təmirinə başlayıblar.
Xankəndi şəhərindəki inzibati binanın təmir işlərində çalışan dülgərlərdən-Zahir Əsədov, Etiram Dadaşov, suvaqçı və bənnalardan- Nadir Kərimov, İslam Qasımov, Rövşən Aslanov, İlqar Ağayev öz keyfiyyətli işləri ilə seçilirlər. İş icraçısı Çingiz Əliyev onları vaxtlı-vaxtında tikinti materialları ilə təmin edir. Çərkəz Yasin təşkilatın rəhbəri kimi işçilərin yatacaq yeri ilə təmin olunmalarını, əmək haqlarının vaxtında verilməsinə çalışır.
Hörmətli prezidentimiz İlham Əliyevin daim nəzarəti altında işğaldan azad olmuş şəhərlərin, kəndlərin quruculuq, təmir, abadlıq işləri davam edir. Xankəndində yeni yollar salınır, binalar tikilir, küçələr abadlaşır.

Müəllif: Məmməd MƏRZİLİ

AJB-nin üzvü

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Top