VURĞUN VƏFALIYA DOĞUM GÜNÜ TƏBRİKİ

VURĞUN VƏFALIYA DOĞUM GÜNÜ TƏBRİKİ
(Şair, bəstəkar, müğənni – sözün və səsin Vurğunu)
Bu gün Azərbaycan mədəniyyətinin könül aşığı, sözü ilə qəlblərə işıq salan, musiqisi ilə ruhlara məlhəm olan Vurğun Vəfalının doğum günüdür.
O, nəinki bir müğənni və bəstəkar, eyni zamanda sözün, sükutun və səssizliyin içindəki fəlsəfəni dilə gətirən, qələmindən sevgi, səsi ilə Vətən axıdan bir sənətkar ömrü yaşayır.
Onun nəğmələrində ana nəfəsi var…
Şeirlərində Vətən təpinişi, sevda səssizliyi var…
Səsində isə min bir duyğunun iztirabını oxşayan bir yanğı var…
Həyatını sözə və sədasına bağlamış, hər notu ilə sevən, hər misrası ilə düşündürən Vurğun Vəfalı, sənət aləmində özünəməxsus yeri, bənzərsiz tərzi və ruhun dərinliklərinə enən melodiyaları ilə yaddaşlara yazılıb.
Bu əziz gündə ona:
Sağlam ömür,
Yeni ilhamlar,
Vurğun qaldığımız səsindən daha çox eşitmək sevinci arzu edirik.
Ad günün mübarək olsun, Vurğun Vəfalı!
Sənin varlığın musiqimizin, poeziyamızın və mədəniyyətimizin səsi, nəfəsi, vəfasıdır!
Hörmətlə, Parvana Salmanqızı