Weather Data Source: havadurumuuzun.com

Şəhid Uzman Çavuş İsrafil Pantikin Əziz Xatirəsinə…

Şəhid Uzman Çavuş İsrafil Pantikin Əziz Xatirəsinə…

05.06.2025 – Əbədiyyətə Uçan Qəhrəmanımız

Bu Vətən min illərlə şəhid qanı ilə sulanıb, hər qarışı müqəddəs, hər daşı əmanətdir. Bu torpaq – İsrafil kimi qəhrəmanların ruhu ilə yaşayır, nəfəs alır.

Şəhid Uzman Çavuş İsrafil Panti – adı bir əfsanəyə, ruhu bir millətin şərəf zirvəsinə çevrilmiş igidimiz… 05 iyun 2025-ci il tarixində Vətən yolunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan bu igid, yalnız ailəsinin deyil, bütün Türk dünyasının övladı, fəxri, qəhrəmanı oldu.

Onun səssiz addımlarla vətənə doğru gedən yolunda, cəsarəti, əqidəsi və inancı vardı. İsrafil bilirdi ki, Vətən sağ olsun deyə bəzən ürək dayanmalıdır… və onun ürəyi milləti üçün döyündü, sonuncu dəfə.

Uşaqlıq arzusu idi əsgər olmaq. Vətən üçün döyüşmək, bayrağı qorumaq, xalqını müdafiə etmək onun üçün yalnız vəzifə yox, bir şərəf, bir and idi. O andı ki, bu gün biz başımız dik, qürurumuz böyük, ruhumuz isə ağrılı şəkildə xatırlayırıq.

Sənin şəhidliyində millətin qeyrəti, xalqın vicdanı, torpağın abır-həyası var. Sən bir xalqın oyanışı, bir millətin haqq savaşı, bir torpağın təmiz vicdanısan. Sənin ruhun bizim qürurumuzdur!

Şəhidlər ölməz, Vətən bölünməz!
İsrafil Pantinin adı bu millətin yaddaşında, bu xalqın ürəyində əbədi yaşayacaq.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəhrəman şəhidimiz Uzman Çavuş İsrafil Pantinin ruhu qarşısında baş əyirik. Ailəsinə, yaxınlarına və silahdaşlarına səbr diləyirik. O, artıq göylərin əsgəridir…

Dərin ehtiramla, Pərvanə Salmanqızı

Top