Gül baxçasının qızıl gülü

Gül baxçasının qızıl gülü
Gül baxçasında min bir rəng vardı…
Hər biri öz gözəlliyi, ətri, duruluğu ilə fəsillərə nəğmə oxuyurdu.
Amma o baxçada bir gül vardı ki, bütün baxışları özünə çəkirdi…
Bu, qızıl güldü… Rəngi günəşdən, ruhu sevgidən yoğrulmuşdu.
O, sadəcə bir gül deyildi…
O, səssizliyin içində danışan bir nəğmə,
Yarpaqlarının titrəyişi ilə könüllərə toxunan bir ilham idi.
Hər səhər şeh damcıları ona toxunanda,
Sanki kainat onunla nəfəs alırdı.
Qızıl gül başqalarından fərqli idi –
Təkcə gözəlliyi ilə deyil,
Səssiz duruşu, ucalığı və içində daşıdığı dərin mənası ilə…
O, həyatda susaraq danışmağı öyrədirdi,
Əyilmədən sevməyi, solmadan yaşamağı…
Bəziləri onu sadəcə bir çiçək sandı,
Amma anlayanlar üçün –
O, sevginin simvolu,
Əsil dəyərlərin rəmzi idi…
Əgər bir gün yolun gül baxçasına düşsə,
Qızıl gülə diqqətlə bax…
Çünki onun sükutunda gizlənmiş bir həqiqət var:
“Ən gözəl olan, ən səssiz olandır…”
İmza:Pərvanə Salmanqızı