Weather Data Source: havadurumuuzun.com

Azərbaycanın Milli Qəhrəmanı şəhid Səfərəli Qurban oğlu Məmmədov

Qəhrəmanlarımızı unutmayaq!

Azərbaycanın Milli Qəhrəmanı şəhid Səfərəli Qurban oğlu Məmmədov

Bu torpağın hər qarışı, hər daşı bir şəhidin, bir qəhrəmanın nəfəsi ilə yoğrulub. Onların qanı ilə suvarılmış bu Vətən torpağı əbədiyyətin simvoluna çevrilib. Elə qəhrəmanlarımız var ki, adları zamanın içində əbədi yaşayır, ruhları vətənin hər çiçəyində, hər daşında əks-səda verir. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Səfərəli Məmmədovdur.

Səfərəli Qurban oğlu Məmmədov – sadəcə bir insan yox, bütöv bir ruh, vətənə sədaqətin, mərdliyin, əyilməzliyin rəmzidir. O, Vətən sevgisini yalnız sözlə deyil, canı ilə, qanı ilə sübut etdi. Bu müqəddəs torpaq üçün gözünü belə qırpmadan ölümsüzlüyə addımladı.

Onun həyat yolu, döyüş meydanındakı rəşadəti, düşmən qarşısında sərgilədiyi igidlik və cəsarət gənc nəsil üçün bir məktəbdir. Hər bir azərbaycanlı onun fədakarlığı qarşısında baş əyir, onun adına dua edir. Şəhidlik – ən uca zirvədirsə, Səfərəli Məmmədov bu zirvənin bayrağını qürurla dalğalandıranlardan biridir.

Onu tanıyanlar deyirlər: “Səfərəli cəbhədə təkcə döyüşçü deyildi, həm də ruh verən, motivasiya verən bir əfsanə idi. O, qorxunun nə olduğunu bilmirdi. Onun üçün Vətən – namus demək idi. Namus isə hər şeydən uca tutulmalıydı…”

Bu gün biz azad nəfəs alırıqsa, bu, Səfərəli kimi igidlərin sayəsindədir. Onlar bizə bir Vətən miras qoydular – azad, bütöv və qürurlu bir Vətən. O mirasa sahib çıxmaq isə bizim borcumuzdur. Onların adını yaşatmaq, hər gənc ürəkdə qəhrəmanlıq toxumları səpmək – ən müqəddəs missiyadır.

Səfərəli Məmmədovun ruhu qarşısında baş əyirik!
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!

Qəhrəmanlar unudulmaz – Qəhrəmanlar ölməz!

Dərin Etiramla:
Pərvanə Salmanqızı

Top