Peşəsinə Şərəf, Vətənə Xidmət – Rəsul Məmmədov kimi Əsl Fədakarlar Üçün

Peşəsinə Şərəf, Vətənə Xidmət – Rəsul Məmmədov kimi Əsl Fədakarlar Üçün
Azərbaycan Respublikası Prezident mükafatçısı, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının prezidenti, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədovu peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Rəsul müəllim, siz yalnız idmançı deyil, eyni zamanda Vətəninə, xalqına və gənc nəslin vətənpərvər ruhda yetişməsinə xidmət edən böyük bir şəxsiyyətsiniz. Sizin peşəkar fəaliyyətiniz gənclərə güc, iradə, nizam-intizam və döyüş ruhu aşılamaqla yanaşı, dövlətimizin təhlükəsizliyi və sabitliyi naminə çalışan şəxslərə örnəkdir.
Əlindəki tək silah sadəcə güc deyil – bu güc milli dəyərlərə, şərəfə və əqidəyə əsaslanır. Sizin yetişdirdiyiniz idmançılar təkcə arenalarda deyil, həyatın özü qədər sərt sınaqlarında da mərdliklə dayanmağı bacarırlar.
Peşəkar yolunuzda sizə tükənməz güc, yenilməz iradə və davamlı uğurlar arzulayıram. Sizin kimi müəllim və rəhbərlərin varlığı Azərbaycan gəncliyi üçün böyük bir sərvətdir!
Qalib ruhun daşıyıcısı olanlara salam olsun!
Hörmətlə,
Pərvanə Salmanqızı,
— Vətənə, xalqa və peşəsinə könüldən bağlı olanlara ithaf olunur.


