Weather Data Source: havadurumuuzun.com

Özünə şifanı verən, insan özüdür!

Özünə şifanı verən, insan özüdür!

İnsanın ən böyük şəfası öz içindədir… Hər yara, hər ağrı, hər yorğunluq – əslində ruhun bizə dediyi bir şeydir: “Məni duy, mənə dön!”

Əsrlər boyu insanlar şəfanı uzaqlarda, başqa insanlarda, dərmanlarda və ya zamanın özündə axtarıblar. Halbuki, ən güclü müalicəvi güc insanın şüurunda, imanında, qəbul etməsində, bağışlamasında və özünü sevə bilməsində gizlidir.

Dərdlər bizi sındırmaq üçün deyil, oyatmaq üçündür. Hər göz yaşı, hər səssiz fəryad, içimizdəki ilahi gücə aparan bir yol göstəricisidir. İnsan öz yarasını anlayanda, özünü dinləyə biləndə, öz ruhunun pıçıltılarını eşidə biləndə, əsl şəfa da orada doğulur.

Sevgi, bağışlama, təfəkkür və qəbul – bunlar ruhun məlhəmidir. Özünlə danış, içindəki uşağa sarıl, yaşadıqlarına hörmətlə yanaş, ruhuna “səni eşidirəm” de… və görəcəksən ki, şəfa sənə axacaq – çünki sən buna hazırsan.

Unutma:
– Heç kim sənin içindəki işığı sənin qədər yandıra bilməz.
-Özünü sevdiyin gün, bədənində şəfa çiçəkləri açacaq.
-Və nəhayət, sən özünün şəfa mənbəyisən.

Hörmətlə:
Pərvanə Salmanqızı

Top