Weather Data Source: havadurumuuzun.com

Bir İşıqdır Elmdə, Ruhda, Şüurda – Akademik Yaşar İbadov

Bir İşıqdır Elmdə, Ruhda, Şüurda – Akademik Yaşar İbadov

Bu gün yalnız təqvimdə sadə bir tarix deyil. Bu gün, düşüncənin, elmin, insan psixikasının dərin qatlarına nur salan bir alimin – Akademik Yaşar İbadovun doğum günüdür.

Yaşar müəllim – adını elmə, insanlığa, mənəviyyata qızıl hərflərlə yazdıran nadir ziyalılardandır. O, sadəcə psixoloq və ya alim deyil – o, ruhun sirlərinə baş vuran, şüurun görünməyən qatlarını anlamağa çalışan, hər bir insanın daxili aləminə elmi bir sevgi ilə yanaşan Alternativ Psixologiya elminin banisidir.

Onun elmi axtarışları təkcə quru nəzəriyyələrlə kifayətlənməyib – insan psixologiyasını həm tibbi, həm bioloji, həm də enerjetik səviyyədə izah edən bioradioloji yanaşmaları ilə elmə yeni nəfəs gətirib. Bu yanaşmalarla bir çox insanların sağlamlığına, mənəvi tarazlığına, ailə mühitinə işıq olub, şəfa olub.

Professor Yaşar İbadov öz dərin biliyi, ömürlük tədqiqatçılığı və insani təvazökarlığı ilə nəinki Azərbaycan elmi mühitində, həm də beynəlxalq aləmdə sayılıb-seçilən şəxsiyyətlərdən biridir. Onun Rusiya Beynəlxalq Ailə Təbabəti Akademiyasında akademik statusu, çoxsaylı elmi əsərləri, yetişdirdiyi tələbələri və ən əsası – minlərlə insanın həyatına toxunan şəfalı sözü, izahı, düşüncəsi onu fərqləndirir.

Bu müqəddəs gündə – onun doğum günündə, ruhumuza işıq saçan, şüurumuza istiqamət verən bu dəyərli alimi hörmət və sevgi ilə təbrik edirik!

Arzu edirik ki, Yaşar müəllimə Tanrı möhkəm can sağlığı, bitib-tükənməyən elmi güc, və insanlığa xidmət yolunda daha da uca zirvələr bəxş etsin. Onun elmi yolları minlərlə insanın iç dünyasını aydınlatsın, qaranlıqları işığa çevirsin.

Elm var, ruh var, şəfa var – Yaşar İbadov kimi dahilər sayəsində.

Doğum gününüz mübarək olsun, hörmətli Akademik!

Sevgi və hörmətlə,
Pərvanə Salmanqızı

Top