Weather Data Source: havadurumuuzun.com

Dünya Gözəllikləri Paylaşdıqca Gözəlləşir!

Dünya Gözəllikləri Paylaşdıqca Gözəlləşir!

Dünya gözəlliklərlə doludur — bir gülümsəmə, bir kömək əli, bir səmimi söz… Amma bu gözəlliklərin dəyəri, yalnız paylaşdıqda ortaya çıxır. İnsan yalnız özü üçün yaşadıqca yox, başqalarının qəlbinə toxunduqca mənalı olur.

Paylaşdığımız hər xoş söz, bir ruhu dirçəldir. Verdiyimiz hər dəstək, bir həyatın yönünü dəyişir. Gözəlliklər gizli qalanda yox, yayıldıqca böyüyür. Bir çiçək öz ətirini yalnız özünə saxlasaydı, bağın nə mənası olardı?..

Bir damla mərhəmət, bir parça ümid, bir dilim sevgi… Bunlar bölündükcə azalmaz, əksinə çoxalar. Çünki kainatın qanunu budur: “İşıq verən heç vaxt qaranlıqda qalmaz.”

Bu gün bir xoş söz paylaş, bir ümid toxumu ək, bir könülə işıq ol. Unutma, sən bir insanın dünyasını dəyişmək gücünə sahibsən. Və bəlkə də, bu dünya sənin paylaşdığın gözəlliklərlə daha da gözəlləşəcək…

İşıq Verən Heç Vaxt Qaranlıqda Qalmaz

Həyatda hər insan bir çıraq kimidir. Kimi özünə işıq salır, kimi isə başqalarının yoluna nur saçır. Və elə insanlar var ki, öz içində nə qədər ağrı, sükut və yorğunluq olsa da, başqalarının içini işıqla doldurmaqdan vaz keçmir…

Bəzən bir göz yaşı silmək, bir gülümsəmə bəxş etmək, bir “yanındayam” demək – bu da bir işıqdır. Sən bu işığı verdikcə, həyatın da sənə öz nurunu geri qaytaracaq. Bəlkə zamanla, bəlkə gözləmədiyin anda… Amma mütləq!

Çünki kainatda heç bir nur boşa getmir. Səmimi niyyətlə yanan bir işıq, ən zülmət qaranlığı belə dağıda bilər. Və unutma:
Nur verən ürəklər heç vaxt tək qalmır – çünki onlar başqalarının duasında yaşayır…

Əgər sən də kimsəyə işıq olmusan, deməli bir gün qaranlığın içindən səni aydınlığa çıxaracaq bir nur mütləq gələcək.

Pərvanə Salmanqızı

Top