Pərvanə Salmanqızı yazır

Heç bir şeyi özəl gün üçün saxlamayın…
Çünki özəl gün – bu gündür. Bu an, bu nəfəs, bu baxış…
İnsan çox zaman sabah üçün yaşayır,
daha yaxşı bir vaxtı gözləyir,
daha münasib bir günü gözləyir…
Amma həyat gözləməz.
Zaman bir daha geri qayıtmaz.
Şkafda saxlanılan gözəl geyim,
qutuda saxlanılan sevimli fincan,
bir gün istifadə edərəm deyə qorunan xatirə…
Bəlkə də heç bir zaman o “bir gün” gəlməyəcək.
Ən gözəl sözləri bu gün söyləyin,
əllərinizi bu gün tutun,
sarılmaq istəyirsinizsə, bu gün sarılın.
Çünki sabahın gələcəyinə heç bir zəmanət yoxdur.
Özünüzü dəyərli hiss etdirəcək hər şeyi bu gün yaşayın.
Çünki yaşadığınız və nəfəs aldığınız hər gün – özəldir.
Sizin varlığınızla mənalanan bu gün,
ən böyük bayram, ən böyük nemətdir.
Unutmayın…
Gözəl yaşanmış bir gün, bütün həyatın güzgüsüdür.
Bugünü özəl edin – səbəbsiz, qarşılıqsız, təmtəraqsız…
Sadəcə var olduğunuz üçün…
Pərvanə Salmanqızı


