Weather Data Source: havadurumuuzun.com

Doğum günü təbriki

Polkovnik Qədiməliyev Mehman müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

Bu gün peşəkarlığı, fədakarlığı və nümunəvi xidmətləri ilə hər kəsin dərin hörmətini qazanan Polkovnik Qədiməliyev Mehman müəllimin doğum günüdür.

Mehman müəllim, Siz təkcə hərbi sahədə deyil, həm də ziyalılığınız, əxlaqi keyfiyyətləriniz və yüksək mənəvi dəyərlərinizlə cəmiyyətimiz üçün örnəksiniz. Sizin keçdiyiniz şərəfli həyat yolu, dövlətə və xalqa sədaqətli xidmətiniz, gənclərə göstərdiyiniz dəstək və istiqamətverici tövsiyələriniz daim yüksək dəyərləndirilir.

Siz, vətənə sədaqətin, zəhmətin, alicənablığın və məsuliyyətin parlaq simvolusunuz. Əqidənizə və peşə borcunuza daim sadiq qalaraq xalqımıza və vətənimizə ləyaqətlə xidmət etmisiniz. Bu xidmətlər tariximizdə öz layiqli yerini çoxdan alıb.

Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və yeni-yeni uğurlar arzu edirik. Hər zaman ətrafınızdakı insanlar üçün nur saçan, güvən verən və yol göstərən bir şəxsiyyət olaraq qalmağınızı diləyirik.

Uğurlu ömrünüz daim işıq saçsın, xidmətləriniz isə gələcək nəsillərə örnək olsun!

Ad gününüz mübarək, dəyərli Mehman müəllim!

Hörmətlə:
Pərvanə Salmanqızı

Top